Mol Bulak Bank Olmayan Kredit Təşkilatı Insan resursları şöbəsinin aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə olan tələblər:
• İnsan resursları sahəsində ən az 2 il iş təcrübəsi.
• Azərbaycan Respublikasının Əmək Məcəlləsini və digər müvafiq normativ aktları mükəmməl bilmək.
• Əmrlər, əmək müqavilələri, məzuniyyət qrafiki, statistika hesabatlarının hazırlanması ilə bağlı iş təcrübəsi.
• Sənəd dövriyyəsi, kadr kargüzarlığı işini mükəmməl bilmək.
• Əvvəlki iş yerlərində ən az 100 nəfərlik heyətlə işləmək təcrübəsi.
• Təzyiq altında işləməyi bacarmaq.
• Ali ixtisas təhsili (hüquq təhsili olanlara üstünlük verilir)
• Azərbaycan dilini mükəmməl bilmək. (rus və ingilis dilini mükəmməl bilənlərə üstünlük verilir)
Əmək haqqı razılaşma yolu ilə
CV-lərinizi azərbaycan və ya ingilis dillərində tərtib edilməklə, mövzu hissəsində müraciət etdiyiniz vəzifə göstərilməklə, [email protected] ünvanına göndərməyiniz xahiş olunur.
Şirkət haqda ətraflı məlumatı www.molbulak.az ünvanından ala bilərsiniz.