Elektrik Qrup Rəhbəri
İşin təsviri
Elektrik enerjisi istehsal edən qurğuların, stansiyaların, paylayıcı hava və kabel xətlərinin sxemini qurmaq;
Bina və obyektlərdə elektrik quraşdırma işlərini layihələndirmək, təkmilləşdirmə işlərini aparmaq;
Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə etmək və monitorinq etmək.
Elektrik sisteminin problemlərini müəyyənləşdirmək və onları həll etmək üçün sahə tədqiqatları, tədqiqat xəritələri,
qrafiklər, diaqramlar, sxemlər və digər məlumatları hazırlamaq;
Xüsusi elekrtik qurğuları üçün uyğun elektrik sxemləri tərtib etmək;
Komutasiya sxemini düzgün tətbiq etmək;
Blokları, qurğuları və tənzimləməni düzgün qurmaq;
Ümumi şəbəkənin ilkin quraşdırılma işlərini həyata keçirmək;
Tamamlama işləri görmək;
Çeviricisi olan elektrik çıxışlarını quraşdırmaq;
Tamamlanmış qurğuların işləmə qabiliyyətini sınaqdan keçirmək və yaranan nasazlıqları aradan qaldırmaq;
Namizədə tələblər:
Azərbaycan və Türk dilləri
Ali Təhsil (aidiyyatı ixtisas üzrə)
Bina Elektrik işi sahəsində ən az 10 il iş təcrübəsi tələb olunur
Vaxtın idarəolunması bacarıqları
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "elektrik qrup rəhbəri" qeyd etməklə(əks halda belə müraciətlərə baxılmayacaq) [email protected] ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.