İşin təsviri
Vəzifə Öhdəlikləri
- PHP və Laravel framework-dən istifadə edərək veb tətbiqlərin hazırlanması və dəstəklənməsi
- MySQL verilənlər bazası ilə işləmək, məlumatların düzgünlüyünü və performansını təmin etmək
- Git versiya nəzarət sistemi ilə kod idarəetməsi və komanda əməkdaşlığı
- Proqramdakı səhvləri tapmaq, test etmək və aradan qaldırmaq
- S.O.L.I.D prinsiplərinə uyğun təmiz və davamlı kod yazmaq
- Zərurət olduqda texniki sənədlər hazırlamaq və qorumaq
- Linux əsaslı sistemlərdə işləmək və server/hosting idarəetmə panellərindən istifadə
- Sadə SEO bilikləri tətbiq edərək ön hissəni optimallaşdırmaq
- Mövcud kodları oxumaq, başa düşmək və üzərində işləmək
- Komandada görülən işlərlə bağlı irəliləyiş və çətinlikləri paylaşmaq
Tələblər
- Veb proqramlaşdırma sahəsində minimum 1 il iş təcrübəsi
- Ən azı 2 real layihədə iştirak
- PHP (OOP, MVC) və Laravel üzrə güclü bilik (mütləqdir)
- CodeIgniter framework üzrə bilik üstünlükdür
- HTML, CSS (Bootstrap), SASS bilikləri
- JavaScript, jQuery, Ajax (React üstünlükdür)
- MySQL, JSON və XML ilə işləmə bacarığı
- Composer və NPM alətlərindən istifadə təcrübəsi
- SEO üzrə əsas biliklər
- Git versiya nəzarət sistemi ilə təcrübə
- Linux ƏS və hosting/server panellərində işləmək bacarığı
- Texniki ingilis dili biliyi (dokumentasiyanı oxuma və anlama səviyyəsində)
- Problemləri həll etmək bacarığı və detallara diqqət
Əlavə məlumat:
- İş qrafiki: I–V günlər 09:00–18:00, şənbə 10:00–15:00;
- Əmək haqqı: 700 – 1000 AZN (müsahibənin nəticəsinə əsasən müəyyən olunacaq);
CV-lərinizi vasitəsilə “Junior Full-Stack Developer” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.