Çilingər

İşin təsviri

KÜRDƏMİR SÜD EMALI ZAVODU

ÇİLİNGƏR

1991-ci ildə Azərbaycanda fəaliyyətə başlayan "Azərsun Holdinq" MMC ölkənin qida istehsalı, pərakəndə satış və kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qabaqcıl şirkətdir.

“Azərsun Holding” MMC sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.

KÜRDƏMİR SÜD EMALI ZAVODU (Azərsun Holdinq) “Çilingər” vəzifəsi ilə bağlı vakansiyanı açıq elan edir.

İş haqqında məlumat:

 Fabrikin elektrik işlərinin təşkili və idarə edilməsi;
 Maşınlarda ortaya çıxan mexaniki və texnoloji problemləri ən qısa zamanda həll edərək, istehsalın ləngiməsinin qarşısının alınması;
 Təmir və yoxlama işləri üçün lazım olan alətlərin olub olmadığının yoxlamaq, əgər alətlər əksikdirsə və ya yoxdursa, sifariş verilməsi üçün Baş Mexanikə məlumat vermək;
 Maşın təchizatlarının, pompaların və cihazların montajını, demontajını və işlək  vəziyyətə gətirilməsini hazır plan əsasında həyata keçirilməsi və görülən  işlərin müvafiq Təmir baxım/Xidmət tələb formuna qeyd edilməsi;
 Hər görülən işin Təmir baxım/Xidmət tələb formuna qeyd edilməsi, edilən işlərin Baş mexanikə və ya Texniki İşlər müdirinə təslim edilməsi;
 İş sonunda Baş mexanikə görülən işlər və nəticələr haqqında məlumat vermək.

Əsas tələblər:

 Orta ixtisas təhsili;
 Bu sahə üzrə təcrübəsi (minimum 3 il);
 Fiziki cəhətdən sağlam 18-50 yaş arası olmalı;
 Lazım gəldikdə əlavə iş saatlarında işləməyi bacarmalı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini [email protected] elektron ünvanına (mövzu hissəsində vəzifənin adı (“Çilingər”) qeyd olunmalıdır) göndərə bilərlər və ya www.azersunhr.com saytında qeydiyyatdan keçərək müraciət edə bilərlər.

Kürdəmir Süd Emalı Zavodu / Azersun tərəfindən digər vakansiyalar