Layihə koordinatoru

  • NAB Holding
  • Elanın qoyulma tarixi: 01.11.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə: Layihə koordinatoru

Holdinq haqda:

NAB holdinq 1988-ci ildə fəaliyyət başlamışdır. Əsas mərkəzi İstanbulda yerləşən NAB Holding fəaliyyətini Azərbaycan və Türkiyədə davam etdirir. Holdinq Azərbaycanda “Auto Azərbaycan”, “Baku Electronics”, “Qafqaz Leasing”,  “Bank of Baku”, “Buta sığorta” kimi şirkətlər tərəfindən təmsil olunmaqdadır.

Holdinq fəaliyyət göstərdiyi ölkənin, mənsub olduğu cəmiyyətin gələcəyinə, problemlərinə biganə qalmamağı, savadlı və həyatda öz yerini tutmuş insanların yetişdirilməsində dövlətə və ailəyə maddi və mənəvi dəstəyin göstərilməsini öz missiyalarından biri kimi qəbul etmişdir.

Məhz bu missiyasından irəli gələrək, NAB Holdinq həyata keçirdiyi sosialyönümlü layihəyə Koordinator vəzifəsinə açıq vakansiya elan edir!

Əsas vəzifə və öhdəliklər:

 Layihəyə rəhbərlik və nəzarət etmək;
 Benefisiarların seçim kriteriyalarını müəyyən etmək;
 Benefisiarlarla bağlı təqdim edilmiş məlumatları yoxlamaq;
 Layihəyə müraciətlərin toplanılması və seçim komitəsinə təqdim etmək;
 Ehtiyac duyulduqda konsultasiyaların keçirilməsi üçün kənar mütəxəssisləri cəlb etmək (psixoloqlar, sosial işçilər və s.);
 Layihənin rüblük, illik qiymətləndirilməsini və davamlı monitorinqini həyata keçirmək;
 Layihə üzrə hesabatlar hazırlamaq.

Tələb olunan kriteriyalar:

 Ali təhsil (psixologiya və ya sosial elmlər üzrə ali təhsilin olması üstünlük təşkil edir);
 Uşaq və gənclər sahəsində ən azı 3 il iş təcrübəsinin olması (bu sahədə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarında iş təcrübəsinin olması üstünlük təşkil edir);
 Ölkənin təhsil sistemi haqda məlumatlı;
 Məntiqi düşünmək, təhlil etmək bacarığı;
 Məsuliyyətli və dəqiq;
 Stressə davamlı;
 Əla Azərbaycan dili bilikləri (Rus və İngilis dili biliklərinin olması üstünlük təşkil edir);

 MS Office proqramlarında işləmək bacarığı

Yuxarıdakı tələblərə uyğun namizədlər “Subject” qrafasında “Layihə koordinatoru” yazmaqla öz CV-lərini Azərbaycan dilində [email protected] ünvanına göndərə bilərlər.

CV-lərin qəbulu üçün son tarix 15 noyabr 2014-cü ildir.

NAB Holding tərəfindən digər vakansiyalar