Gömrük Brokeri

  • SİNEX GLOBAL
  • Elanın qoyulma tarixi: 07.04.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Əsas Vəzifələr

  • İdxal, ixrac və tranzit yüklərinin gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi
  • Gömrük orqanları ilə yazılı və şifahi şəkildə effektiv əlaqələrin qurulması
  • Gömrük və digər müvafiq sənədlərin düzgün hazırlanması
  • Yol qaimələrinin və daşınma sənədlərinin tərtib olunması
  • Müştərilərlə e-mail vasitəsilə rəsmi yazışmaların aparılması
  • Yüklərlə bağlı yaranan problemlərin və gecikmələrin operativ həlli
  • Mövcud qanunvericilik və daxili prosedurlara uyğunluğun təmin edilməsi

Namizədə Tələblər

  • Müvafiq sahədə minimum 3 il iş təcrübəsi
  • Azərbaycan dilində səlist danışıq və yazı bacarığı
  • İngilis dili üzrə orta səviyyədə bilik (sənədləri oxuyub-anlamaq üçün)
  • Gömrük qanunvericiliyi və rəsmiləşdirmə prosedurları üzrə geniş bilik
  • Müraciət məktublarının hazırlanması üzrə təcrübə
  • Rəsmi və operativ e-mail yazışma bacarığı
  • Dəqiqlik, məsuliyyətlilik və detallara diqqət
  • Şəxsi avtomobilin olması vacibdir

Üstünlük Sayılan Bacarıqlar

  • Beynəlxalq daşınma qaydaları (INCOTERMS) haqqında bilik
  • ERP sistemlərində və gömrük proqramlarında iş təcrübəsi
  • Rus dili biliyi

Təklif Edirik

  • Rəqabətli əmək haqqı və nəticəyə əsasən artım imkanı
  • Şəxsi avtomobili olan əməkdaşlara benzin xərclərinin aylıq ödənilməsi
  • Peşəkar, dəstəkləyici və inkişaf yönümlü iş mühiti
  • Karyera yüksəlişi və peşəkar inkişaf imkanları
  • Əmək müqaviləsi və sənədləşmə Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun şəkildə aparılır
  • Şirkət tərəfindən gündəlik nahar təmin olunur

Müraciət Qaydası

  • CV-nizi və qısa tanıtım məktubunuzu “Gömrük Brokeri” başlığı ilə Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.