Lizinq mütəxəssisi

  • Sara Lizinq
  • Elanın qoyulma tarixi: 28.01.2025
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Daxili qayda və prosedurlara müvafiq olaraq daxil olan lizinq müraciətlərini emal etmək;
  • Müraciətçi ilə görüş təşkil etmək və mövcud biznesin maliyyə təhlilini aparmaq;
  • Müraciətçidən əldə etdiyi məlumatları memorandum formasına işləmək;
  • Komitə üçün tələb olunan sənədlərin foto şəklini müraciətçidən əldə edib uyğun komitə faylına yerləşdirmək;
  • Uyğun müraciətləri təsdiq üçün komitəyə təqdim etmək;
  • Komitədə təsdiq olmuş müraciətləri LRS proqramında işləmək, müqavilələri çap edib direktorun imzasına təqdim etmək;
  • İmzalanmış sənədləri müştərilərə imzalamaq üçün təqdim etmək;
  • Verilmiş məhsullar üzrə ödənişlərə nəzarət etmək;
  • Müştərilərin loyallıq prinsipinin izlənməsi və stimullaşdırılması;
  • Struktur rəhbəri tərəfindən verilən tapşırıqları operativ yerinə yetirmək;

Tələblər: 

  •  Ali təhsil
  •  Müvafiq sahədə minimum 3 il iş təcrübəsi (BOKT, lizinq, bankda)
  •  Azərbaycan dili səlis, ingilis və rus dilləri arzuolunandır
  •  MS Office proqramlarında işləmə bacarığı
  •  Korporativ müştərilər ilə işləmə  və analitik düşüncə qabiliyyəti
  •  Biznes təhlili mövzusunda təlim və sertifikatları olan namizədlərə üstünlük veriləcək.  

İş şərtləri: 

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə.
  • Əmək haqqı: 1000-1200 AZN (NETT)
  • İş qrafiki: 5 günlük
  • Ünvan: Şəmkir rayonu

Uyğun olan namizədlərdən cv-lərinizi şirkətin və vakant yerin adını mövzu hissəsinə qeyd etməklə mail ünvanına göndərməniz xahiş edilir.