İşin təsviri
Əsas vəzifələr:
- Rəqəmsal və çap formatlarında reklam materiallarının (bannerlər, posterlər, sosial media postları və s.) dizayn edilməsi və çapa hazırlıq
- Brend kimliyinə uyğun vizual konsepsiyaların yaradılması.
- Müştərilərin tələblərinə uyğun olaraq təqdimat və eskizlər hazırlamaq.
- Dizayn işlərinin təyin olunmuş müddət ərzində təhvil verilməsi.
Namizədə dair tələblər:
- Qrafik dizayn sahəsində minimum 2 il iş təcrübəsi;
- Photoshop, CorelDraw, Adobe Illustrator, InDesign proqramları üzrə yüksək səviyyədə biliklər;
- Portfolionun təqdim edilməsi zəruridir.
- Reklam materiallarının istifadəsi və çap işi haqqında biliklər arzuolunandır;
- Detallara qarşı diqqətlilik və kreativ yanaşma
- Yaradıcılıq, detallara diqqət və vizual ünsiyyət qabiliyyəti.
- Çeviklik və təyin olunmuş vaxt çərçivəsində işləmək bacarığı.
İş şəraiti:
- İş yeri: Bakı şəhəri, m. Xətai yaxınlığında
- İş vaxtı: I - V günlər 09:00 - 18:00
- Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir.
- Stabil iş və şəffaf əmək münasibətləri
Maraqlanan namizədlərdən öz CV-lərini poçt ünvanına, mövzu bölməsində “Qrafik Dizayner" yazmaqla göndərmələri xahiş olunur.