Receptionist

İşin təsviri

İş qrafiki:

  • Bazar ertəsi - Cümə: 09:00 - 18:00
  • Şənbə: Yarım iş günü
  • Əmək haqqı: 500-1000 AZN (təcrübə və bacarıqlara əsasən)

Vəzifə öhdəlikləri:

  • Şirkətə gələn qonaqları gülərüzlə qarşılayaraq, müvafiq şəxs və ya şöbəyə yönləndirmək;
  • Direktor və qonaqlara çay/kofe təqdim etmək;
  • Telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə yönləndirmək;
  • Reception bölməsinin səliqəli və nizamlı saxlanılmasına nəzarət etmək;
  • Məktub, sənəd və bağlamaların qəbul edilməsi və düzgün bölüşdürülməsi;
  • Ofis işlərinin vaxtında və düzgün yerinə yetirilməsi (sənədləşmə, fotokopiya, skan, faks və s.);
  • Dəftərxana ləvazimatlarının sifariş edilməsi və şöbələrə çatdırılması;
  • Sifariş edilmiş məhsulları sürücülər vasitəsilə müştərilərə yönləndirmək və çatdırılma prosesinə nəzarət etmək;
  • Anbardakı məhsulların nizamına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər:

  • Receptionist və ya inzibati iş sahəsində ən azı 1 il təcrübə;
  • Azərbaycan dilində sərbəst danışıq, rus və ingilis dillərində orta səviyyə üstünlükdür;
  • MS Office proqramlarında işləmə bacarığı;
  • Ali Təhsil;
  • Yalnız xanım namizədlər müraciət edə bilər.

Biz nə təklif edirik?

  • Rahat və səmimi iş mühiti;
  • Təcrübəyə uyğun əmək haqqı;
  • Peşəkar inkişaf imkanları.

Müraciət qaydası:
Maraqlanan namizədlər şəkilli CV-lərini elektron poçt ünvanına göndərə bilərlər. Mövzu bölməsində "Receptionist" qeyd etmək xahiş olunur

Ünvan: Azadlıq prospekti 183, Bakı
Əlaqə: +994 51 240 60 77

Imago medical systems tərəfindən digər vakansiyalar