İşin təsviri
Vəzifə öhdəlikləri
- Aylıq hədəflərin satış, məcmu mənfəət göstəricilərini analiz etmək və hesabatları hazırlamaq;
- İdxal və PL məhsullarını analiz etmək və aidiyyəti şəxslərə təqdim etmək;
- Tədarükçülər üzrə satış və mənfəət analizlərini və müqayisə (LFL) hesabatlarını hazırlamaq;
- Tədarükçü bonusları üzrə məhsulları analiz etmək və hesabatlar hazırlamaq;
- Həftəlik alış və satış qiymətləri ilə bağlı hesabat hazırlamaq;
- İnvestisiya komitə qərarlarının reyestrini tutmaq və nəzarətdə saxlamaq
Namizədə dair tələblər
- Təhsil səviyyəsi: Ali (Maliyyə, mühasibat uçotu və ya iqtisadiyyat ixtisaslaşmaları üzrə);
- İş təcrübəsi: müvafiq sahə üzrə minimum 1 il;
- Sertifikat/Lisenziya: ACCA (FA) və ya ekvivalent ola biləcək digər beynəlxalq sertifikatlar üstünlükdür;
- Power BI bilikləri olmağı üstünlükdür.
- Kompüter bilikləri: MS Office (Word, Excel- Yaxşı səviyyədə);
- Detallara diqqət, Nəticəyönümlülük və təşəbbüskarlıq səriştələri
- Yüksək dərəcədə analitik qabiliyyət və riyazi düşüncə.
Əlavə təminatlar:
- Nahar;
- Korporativ nömrə;
- Servis xidməti;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Maliyyə üzrə analitik” yazaraq göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.