Insan Resursları departamentinin mütəxəssisi

İşin təsviri

Bank “BTB” ASC işə qəbul elan edir.

Insan Resursları departamentinin mütəxəssisi     

İş barədə məlumat:

- Yeni işçilərin əmək müqavilələrinin bağlanılması;
- Əmrlərin hazırlanması;
- Işə qəbul və isdən azad edilmə ilə əlaqədar sənədləşmələrin təşkili;
- Vakansiyaların müəyyən edilməsi və müxtəlif saytlarda elanların  yerləşdirməsı;
- Müsahibələrin təşkili və namizədlərin seçilməsi;
- İşə qəbul prosesinin həyata keçirilməsi;
- İşçilərin şəxsi fayllarının yaradılması və idarə olunması;
- İşçilərin davamiyyətinə  nəzarət;
- İnsan resursları üzrə siyasət və qaydalara əməl olunmasına nəzarət;
- İnsan resursları üzrə layihələrdə iştirak;
- Treninq ehtiyaclarının öyrənilməsi və inkisaf planlarının hazırlanması;
- İş qrafiki: həftənin 5 günü, saat 09.00-18.00

Namizədə tələblər:

- Ali təhsil
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə biliklər
- Komandada və fərdi işləmək qabiliyyəti
- Tez və düzgün qərar vermək bacarığı
- Analitik düşünmə qabiliyyəti
- Azərbaycan və rus  dilləri üzrə mükəmməl biliklər, inglis dili bilənlərə üstünlük veriləcək
- Microsoft Office proqramlarında işləmə qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 21 Avqust, 2014-cü il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində (İnsan Resursları mütəxəssisi)  göstərməyiniz xahiş olunur