Dizayner

  • Auto Azerbaijan
  • Elanın qoyulma tarixi: 09.08.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Marketinq Kommunikasiyaları Şöbəsinə Dizayner vakansiyası

İşin təsviri:

Korporativ stilin qorunması;
Markalar üzrə tərtibat standartlarının saxlanılmasına nəzarət;
Reklam/məlumat materiallarının (flayer, broşür, kataloq və s.) dizaynı;
Korporativ və promo materiallarının dizaynı;
Dizayn adaptasiyalarının edilməsi;
Şirkətin saytı və sosial şəbəkə səhifələrində dizayn işinin təşkili;
Yaradıcı təkliflərin alınması üçün Dizayn studiyalarla birgə fəaliyyət;
Fasad reklamlarının standarta uyğun dizaynı və istehsala təqdim edilməsi.

Namizədə tələblər:

Ali Təhsil
AdobePhotoshop, CorelDrow, AdobeIndesign, AdobePremier, Adobeİllustrator bilikləri üstünlükdür
Dizayner kimi ən az 2 il iş təcrübəsi
Vaxtın idarəolunması bacarıqları

Əlavə tələblər:

Mühitə tez uyğunlaşan, komandada işləmə qabiliyyəti;
Dəqiq, məsuliyyətli, müstəqil və qərəzsiz;
Stres altında işləməyi və stres vəziyyətlərində qərar qəbul etməyi bacaran;
Nizam-intizamlı;
Daim təşəbbüskar və yaradıcı fikirlərə sahib

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq "dizayner" qeyd etməklə(əks halda belə müraciətlərə baxılmayacaq)  [email protected] ünvanına göndərə bilərlər.

Müraciət edən namizədlərdən yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.