Mühasib

  • The Bee Group
  • Elanın qoyulma tarixi: 29.10.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İş şəraiti:

  • İş yeri: Bakı, Azərbaycan
  • Məşğulluq növü: Tam ştat
  • İş Saatları: Həftə içi, 09:30 - 17:30 

Əsas vəzifə öhdəlikləri

  • Yerli mühasibat qaydalarına uyğun maliyyə hesabatlarının hazırlanması və təqdim edilməsi
  • Aylıq, rüblük və illik yerli hesabatların (ƏDV, ÖMV, gəlir vergisi, statistika və s.) hazırlanması və təqdim olunması   
  • 1C proqram təminatından istifadə edərək mühasibatlığ uçotunun düzgün şəkildə aparılması 
  • Əməkhaqqı (payroll) məlumatlarını idarə etmək, əməkhaqqı hesablamalarını dəqiqliklə aparmaq və müvafiq hesabatları hazırlamaq
  • Kargüzarlıq vasitəsi ilə daxil olan sorğuların vaxtında və düzgün cavablandırılması 
  • Azərbaycan vergi qanunvericiliyində, mühasibat standartlarında və qaydalarda baş verən dəyişikliklərdən xəbərdar olmaq
  • Biznes konsultasiyalarda iştirak etmək, şirkətlərə səmərəli həllər təklif etmək
  • Əlavə sorğular yarandıqda tez və effektiv şəkildə həll təklif etmək

Tələblər və Bacarıqlar:

  • Mühasibat, Maliyyə və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
  • Yerli mühasibatlıq və vergi sahəsində minimum 2 illik iş təcrübəsi.
  • Azərbaycan vergi və maliyyə qaydaları sahəsində yaxşı biliklər
  • 1C mühasibat proqram təminatı və MS Office (Microsoft Excel – ela) bilikləri
  • Diqqətli, güclü analitik və təşkilati bacarıqlara malik olmaq
  • Yaxşı ünsiyyət və sağlam iş münasibətləri qurmaq bacarığı
  • Azərbaycan və İngilis dillərində sərbəst danışıq və yazı bacarıqları; Rus dili biliyi üstünlükdür

Müraciət üçün Təlimatlar:
Zəhmət olmasa, CV-nizi elektron poçt ünvanına, mövzu başlığı olaraq "Mühasib" qeyd etməklə göndərin. CV-yə əlavə olaraq, gözlənilən əmək haqqı məbləğinizi də mütləq qeyd edin. Bu qeyd olunan tələblərə cavab verməyən müraciətlər nəzərə alınmayacaqdır.