İşin təsviri
Vəzifə öhdəlikləri:
- Təyin edilmiş iş yerinin və ətraf ərazilərin daim təmiz və səliqəli saxlanılmasını təmin etmək..
- Qabları, qazanları və digər mətbəx ləvazimatlarını fəaliyyət standartlarına uyğun təmizləmək və yumaq.
- Zibil qablarını planlaşdırılmış zibil yığımı qrafikinə uyğun boşaltmaq.
- Bütün təmizləmə prosedurlarına, qabyuyan maşından istifadəyə və istifadə ediləcək kimyəvi vasitələrə dair tam məlumat əldə etmək və düzgün istifadə etmək.
Namizədə olan tələblər:
- Cəld, təmiz və səliqəli olmaq;
- Komandada işləmək bacarığı, gülərüzlü olmaq;
Təminatlar:
- Əmək müqaviləsinin bağlanması;
- Həftəlik 2 istirahət günü olmaqla növbəli 9 saatlıq iş qrafiki;
- Tibbi sığorta ilə təminat;
- Şirkət tərəfindən nahar ilə təmin olunma;
İş yeri: Bakı şəhəri, Nəsimi rayon - Qış parkının yanı.
Əlaqə vasitəsi:
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Qabyuyan” başlığı altında CV-lərini [email protected] elektron ünvanına 25.10.2024-cü ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.