İşin təsviri
                
                
                                
                Tələblər:
	- Ali təhsil (maliyyə və mühasibatlıq sahəsi üzrə);
 
	- Müvafiq sahə üzrə 2-3 il iş təcrübəsi;
 
	- Mühasibatlıq bilikləri;
 
	- Yaxşı səviyyədə kompüter bacarıqları (MS Office proqramları);
 
	- Komandada işləmək bacarığı.
 
Vəzifə öhdəlikləri:
	- Əsas vəsaitlərin qeydiyyatının və yoxlanmasını həyata keçirmək;
 
	- Mal-material və əsas vəsait üzrə tələblərə nəzarət və yanlış qeydə alınmış tələblərin düzəldilməsi;
 
	- Əsas vəsaitlərin uçotunun aparılması və sistemə daxil edilməsi;
 
	- Əsas vəsaitlərin yerdəyişməsi prosedurlarının əməl olunmasına nəzarət edilməsi;
 
	- Əsas vəsaitlərin sənədləşdirilməsi üzrə vaxtaşırı təftişin icra edilməsi;
 
	- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
 
İş şəraiti:
	- 5 günlük iş qrafiki;
 
	- İş yeri: Bakı, Hüseynbala Əliyev 32/24
 
	- Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun olaraq təyin ediləcəkdir.
 
Əlaqə:
Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “Əsas vəsaitlər üzrə mühasib" üzrə yazmaqla 'elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.