Qrafik və Motion Dizayner

İşin təsviri

Vəzifə öhdəliyi:

  • Ənənəvi marketing kanalları üçün vizualların hazırlanması; 
  • İnfoqrafik, 2D və 3D qrafika, video, animasiya və hərəkətli (motion) qrafik kompozisiyaların hazırlanması;
  • Kampaniyalar, sosial media paylaşımlarının və digər məzmunların hərəkətli vizuala salınması;
  • Çap materiallarının vizuallaşdırılması və çapa hazırlığının təmin edilməsi;
  • SMM postları üzrə qrafik ve motion dizaynların hazırlanması;
  • Şirkətimizin üslubuna uyğun qrafik dizaynların hazırlanması;
  • Veb-saytlar, sosial media platformaları, rəqəmsal kanallar və digər kommunikasiya vasitələri üçün dizaynların hazırlanması;
  • Şirkətin Promo/Poloqrafiya məhsullarının dizayn edilməsi;
  • Verilmiş təlimatlar/informasiya əsasında dizayn işlərinin (banner, vinil, vizitka, buklet, flayer, kataloq, logolar, etiket yazıları və s.) vaxtında və keyfiyyətlə yerinə yetirilməsi; 
  • Video materialların, reklam və sosial çarxların montajlanıb hazırlanması.

Namizəd üçün tələblər:

  • Ali təhsil;
  • Qrafik və motion dizayn sahəsində minimum 1 il iş təcrübəsi;
  • Adobe Premier, Adobe After Effects, Adobe Photoshop, Corel Draw, Adobe İllustrator, İndesign proqramları üzrə yüksək səviyyədə biliklər;
  • Brandbookla işləmə təcrübəsi və bacariği;
  • 3D qrafika / animasiya və hərəkətli qrafik videoların hazırlanması; 
  • Reklam materiallarının istifadə qaydası üzrə əsas biliklər;
  • Komandada işləmək bacarığı;
  • Yaradıcı, yenilikçi və kreativ;
  • İşi vaxtında və operativ təhvil vermək bacarığı;
  • Qrafik dizayn sahəsində xüsusi biliklər: mətbəə ilə iş, illustrasiyaların və şəkillərin istifadəsi.

İş şəraiti:

  • Əmək haqqı: 800-1300 AZN (Namizədin təcrübəsindən asılı olaraq)
    İş qrafiki: həftədə 5 gün, 08:00-dan 17:00-dək;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 44.

Yuxarıda qeyd olunan şərtlərə uyğun namizədlər mövzu yerində “Qrafik və Motion Dizayner” yazmaqla öz Fotoşəkilli CV-lərini və portfoliolarını ünvanına göndərə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır

İşəgötürənin reytinqi