İşin təsviri
Vəzifə öhdəlikləri:
- Çirkli yataq dəstlərinin, dəsmalların, formaların və paltarların çeşidlərə ayrılması.
- Çirkli yataq dəstlərinin, dəsmalların və paltarların üstünlük dərəcəsinə görə yuyulması.
- Yataq dəstlərinin kateqoriyalarına və üstünlük dərəcələrinə görə qurudulması və qatlanması.
- Qonaqların bütün geyimlərinin vaxtında toplanması, yuyulması, qurudulması və təslim edilməsini təmin etmək.
- İstismara yarayan bütün avadanlıqların təlimatlara uyğun lazımi qaydada işlədiyinə əmin olmaq və avadanlıqıların nasazlıqları və qonaqların geyimləri də daxil olmaqla onunla əlaqəli hadisələr barədə nəzarətçilərə hesabat vermək.
- Hər zaman ətraf ərazilərin təmizliyini təmin etmək.
- Yataq dəstləri və ayrılmış sahələrdə tapılan əşyaların dərhal nəzarətçilərə təhvil verilməsi.
İş şərtləri:
- Əmək müqaviləsinin bağlanması;
- Həftəlik 2 istirahət günü olmaqla növbəli qrafiki;
- Tibbi sığorta ilə təminat;
- Şirkət tərəfindən nahar ilə təmin olunma;
- Karyera inkişafı fürsəti.
Namizədə olan tələblər:
- Müxtəlif iş qrafiklərində işləmək bacarığı;
- Cəld, təmiz və səliqəli olması;
- Komandada işləmək bacarığı, gülərüzlü olması;
- Otel təcrübəsinin olması üstünlükdür.
Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Laundry attendant” və ya “Camaşırxana xidmətçisi” qeyd edərək CV-lərini elektron ünvanına 05.09.2024-cü ilədək göndərmələri xahiş olunur. Əks təqdirdə, müraciətə baxılmaya bilər.