Merçandayzer (Reklam və Marketinq şöbəsi)

  • Express Bank
  • Elanın qoyulma tarixi: 23.07.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir

  • Bütün filiallarda tətbiq edilmiş çap materialları və digər reklam ləvazimatlarının düzgün yerləşdirilməsini, istifadə edilməsini təmin etmək və monitorinqini aparmaq;
  • Bakı və region filialları daxil olmaqla, Banka məxsus bütün reklam lövhələrini monitorinq etmək;
  • ATM və ödəniş terminallarının, xidmət şəbəkəsinin eksteryerinin və s. mövcud marketinq siyasəti, brend kitabı və korporativ üslubun tələblərinə uyğunluğuna nəzarət etmək;
  • Quraşdırılan reklam avadanlıqlarının düzgünlüyünə nəzarət etmək;
  • Filiallarda görülmüş merçandayzinq işlərinin təhlili və aşkarlanan boşluqları aradan qaldırmaq, bu istiqamətdə təkliflər vermək;
  • Digər struktur bölmələri/kənar şirkətlər ilə koordinasiyalı şəkildə işləmək;
  • Keçirilən tədbir və layihələrdə iştirak etmək;
  • Mütəmadi olaraq müəyyən olunmuş qaydada fəaliyyəti haqqında hesabat hazırlamaq.

Tələblər

  • Ali təhsil;
  • Marketinq və merçandayzinq üzrə biliklər;
  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;
  • Ünsiyyətcil və məsuliyyətli olmalı.

İşəgötürənin reytinqi