Mətn Yazarı (Reklamyazan)

  • Yello Advertising
  • Elanın qoyulma tarixi: 12.04.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

  

“Yello” MMC Reklam Agentliyi

Vakansiya nömrəsi: 0092013

Vəzifə: Mətn Yazarı (Reklamyazan)

Əmək haqqı: 400 – 700 AZN

Vəzifənin məqsədi:

Agentliyin layihələri çərçivəsində mətn yazarlığı üzrə kreativ  işlərin ərsəyə gətirilməsi, şirkətin reklam bazarında yerini müəyyən edən xüsusi stilistikasının yaradılması, kopirayitnqin bütün vəzifə öhdəliklərinin yerinə yetirilməsi

Əsas vəzifə və öhdəliklər:

o Reklamın məzmununu, müxtəlif reklam mətnlərini hazırlamaq (sloqanların, adların, ssenarilərin, mətnlərin və konseptlərin), reklam və press-reliz mətnlərini yazmaq;
o Reklamın informasiya dolğunluğunu təmin etmək;
o Verilmiş brif əsasında sloqan yaratmaq, ad fikirləşmək, video və audio reklam çarxları üçün, eləcə də tele və radio verilişlər üçün ssenarilər yazmaq;
o Müştəri tərəfindən verilmiş mətnlərin redaktəsini (ehtiyac olduqda) və korrektəsini təmin etmək;
o Xəbərlər və press - relizlər hazırlamaq;
o Konfranslarda, press – klublarda, televiziya, radioda şirkət rəhbərliyinin ictimai çıxışları üçün nitq hazırlamaq;
o İnformasiya bülletenin yaradılmasında iştirak etmək;
o Görülmüş işlər haqqında hesabat tərtib etmək.

Minimum tələblər:

o İqtisadiyyat, filologiya, tarix, fəlsəfə, dilçilik, marketinq, PR və s. kimi sahələr üzrə bakalavr dərəcəsi
o Azərbaycan, ingilis, rus dili bacarıqları;
o Mətin Yazarlığı, Jurnalistika, PR və ya başqa əlaqəli sahədə minimum 2 il iş təcrübəsi;
o Çox yaxşı kompüter bilikləri (sürətli araşdırma, MS Office proqramlarında operativ çalışma);
o Peşəkar kommunikasiya bacarıqları;
o Kreativlik (yaradıcı potensial);
o Fikir müstəqilliyi və aydın fikir bildirmə bacarığı;
o Nümunəvi şifahi və yazılı kommunikasiya qabiliyyəti;
o Komanda ilə işləmə bacarığı;
o Stres altında çalışma bacarıqları, dəqiqlik, təşəbbüskarlıq, səbrlilik, zamana qarşı həssaslıq;
o Məsuliyyətlilik;
o Yüksək məntiq və analiz qabiliyyəti.

Məlumat üçün bildirmək istərdik ki, bütün müraciət edən insanların CV-ləri gözdən keçirilib, müsbət və ya mənfi olmasından asılı olmayaraq məlumatlandırılacaq və işin tələblərinə uyğun olan şəxslə uğurlu müsahibədən sonra isə kandidat işə alınacaqdır. Agentlikdə çalışma təcrübəsi olan insanlara üstünlük verilə bilər.

“MƏN BU İŞİ BACARARAM!” və özünüzü bu vəzifəyə uyğun görürsünüzsə, o zaman CV-nizi [email protected] ünvanına göndərin.
E-mailin “Subject” bölməsinə  “Copywriter” yazmağınızı xahiş edirik.

Son müraciət tarixi: 30 Aprel 2014-cü il