Yay Təcrübə Proqramı

İşin təsviri

Azerfloat QSC  “ Siz Xoş Gələcəksiniz” yay təcrübə proqramına start verir. Bu proqram 2 ay müddətinə nəzərdə tutulub.

Proqram haqqında:

Mərhələli dəyərləndirmələr (məntiq testi və müsahibə) nəticəsində seçiləcək məzunlar şirkətimizdə aşağıda qeyd olunan şöbələr üzrə təcrübə keçəcəklər.

Təcrübə keçiriləcək şöbələr / Təhsil Tələbi:

  1. Maliyyə şöbəsi / Ali
  2. Təchizat şöbəsi / Ali
  3. İnsan Resurları şöbəsi / Ali
  4. Nəzarət ölçü cihazları və Avtomatlaşdırma şöbəsi  / Ali
  5. SƏTƏM  şöbəsi / Ali
  6. Keyfiyyətə nəzarət və Laboratoriya şöbəsi / Ali
  7. Elektrik mühəndisliyi şöbəsi / Ali/orta peşə
  8. Mexanika şöbəsi / Ali/orta peşə
  9. İstehsalat şöbəsi ( isti xətt üzrə operator-soyuq xətt üzrə operator) / Ali/Orta peşə

 

Təcrübə proqramı iyun ayında start verməklə 2 ay davam edəcək. Bu müddət ərzində təcrübəçilər şirkət və onun fəaliyyəti haqqında məlumat alacaq, real tapşırıqlar üzərində təcrübə və araşdırma yolu ilə yeni bilik, bacarıqlara yiyələnəcək və iş həyatına ilk addımlarını atacaqlar. Təcrübə proqramını uğurla tamamlayan təcrübəçilərə “Azerfloat” QSC tərəfindən sertifikat veriləcək. Texniki bilik və bacarıqları ilə fərqlənən təcrübəçilər isə işlə təmin olunacaqlar.

Tələblər, bilik və bacarıqlar:

  • Ali və ya orta peşə ixtisasını bu il bitirən sonuncu kurs tələbələri;
  • Ali və ya orta peşə ixtisasını bitirmiş məzunlar;
  • Ünsiyyət bacarığı;
  • Təşəbbüskarlıq;
  • Məsuliyyət və  punktuallıq;
  • Araşdırma bacarığı

Təminatlar:

  • Əmək haqqı: 316  AZN;
  • Nahar;
  • Servis xidməti;
  • 08:00-17:00 (Bazar ertəsi – Cümə) 

Əlavə məlumatlar:

Təcrübə Proqramının iştirakçıları “Azerfloat” QSC-nin Gənclik ofisində (Bakı ş., Koroğlu Rəhimov 13.) və Azerfloat Sumqayıt Şüşə zavodunda (Sumqayıt Kimya Sənaye Parkı., Kimyaçılar küç., 1, AZ 5002, Sumqayıt, Azerbaijan.) fəaliyyət göstərəcəklər;       

Mövzü yerinə mütləq təcrübə keçmək istədiyiniz şöbənin adını yazıb elektron poçt ünvanına göndərməyiniz xahiş olunur,  şöbənin adı qeyd olunmadan göndərilən CV-lərə baxılmayacaqdır