İşin təsviri
İsmayıllı rayonunda yerləşən Mican Riverside otel-restoranına qəbul şöbəsinə əməkdaş - resepşn tələb olunur. Namizədin rayonda yaşamaq şəraiti və gündə 3 dəfə qidalanması təmin olunur.
Vəzifə və öhdəlikləri:
- Obyektə gələn qonaqların qarşılanması və qeydiyyatı; qonaqların ödənişlərini və ödəniş haqqında məlumatları toplamaq.
- Qonaqlara nəqliyyat, restoran və ya əyləncə rezervasiyaları ilə yardım etmək və digər məlumatları təqdim etmək
- Müştərilərin şikayət və sorğularına nəzakətlə və effektiv şəkildə cavab vermək
- Daxil olan telefon zənglərini qəbul etmək
- E-maillərin cavablandırılması və yönləndirilməsi;
- Qonaqların rahatlığını və məmnunluğunu təmin etmək üçün texniki xidmət və nasazlıqlarla bağlı problemləri təmir üçün menecerə bildirmək
- Rəhbərin tapşırıqlarının yerinə yetirilməsi və gündəlik hesabatların verilməsi;
Tələblər:
- Kompüter bilikləri (MS Office);
- Azərbaycan dilini mükəmməl bilmək
- Rus və ya ingilis dillərindən birini yaxşı bilmək rus dillərini bilmək (hər iki dili bilmək üstünlükdür)
- 18-35 yaşlı xanım namizəd
- Ofis avadanlıqları ilə işləmə bacarığı;
- Məsuliyyətli, diqqətli olmaq;
- Gülərüz və səbirli olmaq
- Müştəri yönümlü olmaq.
- Qonaq qəbulu sahəsinə ən azı 1 il təcrübəsi olan namizədlərə üstünlük veriləcək
- Peşəkar səviyyədə yazılı, şifahi ünsiyyət bacarığı;
Üstünlüklər:
- Standart maaşdan əlavə bonus qazanmaq imkanı;
- Yaxşı təcrübə qazanmaq
Maraqlanan şəxslər öz rezümelərini https://wa.me/+994556106111 ünvanına göndərə bilər. Əlaqədar şəxs: Vüqar bəy