Tibb İşçisi (tibb bacısı/qardaşı) (Almaniyada iş imkanı)

İşin təsviri

Caspian Horizons İşə Qəbul və Təlim Mərkəzi  Almanya Federativ Respublikasının Berlin və digər şəhərlərin müxtəlif özəl klinikalarında habelə qocalar evləri və fərdi pasientlər üçün ambulator xidmət göstərəcək tibb işçiləri (tibb bacı/qardaşı) axtarır!

Vəzifə öhdəlikləri:

  • Pasientlərin vəziyyətinin müşahidəsi və ilkin qiymətləndirilməsi.
  • Pasientin sağlamlıq vəziyətindəki həyati əhəmiyyətə malik əlamətləri erkən mərhələdə aşkar etmək üçün onların sağlamlıq vəziyyətinə nəzarət etmək və həkimin göstərişlərinə uyğun olaraq tibbi müdaxilə etmək.
  • Xəstələrə gündəlik həyat fəaliyyəti və şəxsi gigiyena ilə bağlı kömək etmək.
  • Temperatur, qan təzyiqi və nəbzi mütəmadi olaraq yoxlamaq.
  • Diaqnostik testlər və prosedurları icra etmək.
  • Dəqiq və təfərrüatlı tibbi qeydləri saxlamaq, xəstə məlumatlarını digər tibb işçilərinə effektiv şəkildə çatdırmaq və təyin edilmiş inzibati tapşırıqları yerinə yetirmək.

Minimum tələblər:

  • Uyğun sahədə Kollec/ali təhsil müəssisəsi məzunu olması
  • Alman dili biliyi minimum B1 (Telc, TestDaF, Goethe)
  • Tibb işçisi kimi iş təcrübəsinin olması üstünlükdür.
  • Məsuliyyətlilik, isgüzar etika anlayışı, komandada işləmə bacarığı, proaktivlik

Əmək haqqı və digər müavinətlər:

  • Başlanğıc əmək haqqı 2.380 € gross + overtime üçün əlavə ödəniş.  Almaniyada Tanınma İmtahanından uğurla keçdikdən sonra əmək haqqı: 2.850 € gross + overtime üçün əlavə ödəniş olmaqla.
  • Pensiya sistemi və əlavə müavinətlər ilə təminat
  • Alman dili kursları dəstəyi
  • Viza, bilet alınmasında dəstək göstərilməsi və yaşayış yeri ilə təmin olunmaq imkanı 
  • Qabaqcıl xəstəxanada iş imkanı
  • Sabit iş və karyera yüksəlişi.

 

Uyğun namizədlər CV-lərini ingilis dilində alman dili sertifikatının surəti ilə birlikdə [email protected] ünvanına göndərə bilərlər.