Creative Director

  • Kristal Abşeron
  • Elanın qoyulma tarixi: 03.05.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Tələblər:

  • Ali təhsil;
  • Dizayn sahəsində ən azı 5 il idarəçilik təcrübəsi;
  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Dizayn prinsipləri, yaradıcı proseslər və sənaye meylləri haqqında dərin bilik;
  • Strateji düşüncə və ideyaların biznes məqsədlərinə uyğunlaşdırmaq bacarığı;
  • Müstəsna problem həll etmək və innovativ həllər təqdim etmək bacarığı.
  • Dil bilikləri: Azərbaycan sərbəst, rus və ingilis – texniki dil səviyyəsində;

Vəzifə öhdəlikləri:

  • Brend strategiyasını hazırlamaq, müvafiq əlavələr və dəyişikliklər etmək və strategiyanın icrasına nəzarət etmək;
  • Layihənin tələbləri və müştərilərin gözləntilərini anlamaq üçün müvafiq sahələrlə əməkdaşlıq etmək;
  • Auditoriyanı, brendi, məhsulu təhlil etmək və təhlil nəticələrinə uyğun olaraq işlərin istiqamətləndirilməsini həyata keçirmək;
  • Konsepsiyadan icraya qədər bütün yaradıcı prosesə nəzarət etmək, yüksək keyfiyyətli, vizual olaraq cəlbedici işlərin çatdırılmasını təmin etmək.
  • Layihələr, kampaniyalar və ümumi brend üçün yaradıcı və strateji həllərin hazırlanması və idarəedilməsinə nəzarət etmək;
  • Keyfiyyətli, sağlam və innovativ iş mühiti formalaşdırmaq və təmin etmək;

İş şəraiti:

  • 5 günlük iş qrafiki;
  • İş yeri: Bakı şəhəri

Vakansiya ilə bağlı müraciət üçün CV formasını e-mail vasitəsilə mövzu yerinə “(Call Center) Operator” üzrə yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur. Yalnız vakansiya tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

İşəgötürənin reytinqi