Korporativ satış üzrə mütəxəssis

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Korporativ satış ilə bağlı bazar araşdırmalarının aparılması;
  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
  • Korporativ müştərilərlə görüş keçirmək;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəri sorğuları əsasında kommersiya təklifinin hazırlanması; 
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi.

Namizədə dair tələblər:

  • Ali təhsil;
  • Minimum 2 il korporativ satış sahəsində iş təcrübəsi;
  • Kollektivlə işləməyi bacarığı;
  • Korporativ satışın texnikalarını üsul və tətbiqi qaydalarını bilmək;
  • Analitik təhlil qabiliyyəti.

 

Vakansiyaya müraciət üçün CV-nizi “Korporativ satış üzrə mütəxəssis" mövzusu ilə [email protected] email ünvanına göndərməyiniz xahiş olunur.