Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis

İşin təsviri

Vəzifənin məqsədi:

  • Avadanlıqların (qaldırıcı qurğular) və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz şəkildə fəaliyyətini təmin etmək və alətlərin sazlığını təmin etmək üçün təmirini planlanlayıb təşkil etmək.

Vəzifə öhdəlikləri:

  • SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
  • İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda iş vaxtından əlavə və ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
  • Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
  • Yükqaldırma avadanlıqlar, nəqliyyat vasitələrində profilaktik, texniki xidmət və təmir işlərinin planlarının yaradılması və icrasına nəzarət etmək;
  • Zavodda podratçı şirkətin görəcəyi yük qaldırma işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət etmək;
  • Yükqaldırma avadanlıqları və aksessuarları üçün planlaşdırılmış günlük, həftəlik və illik təmir və təftiş planlarını hazırlamaq;
  • Yararsız yükqaldırma avadanlıqlarının və aksessuarlarının istismardan çıxarılmasını təmin etmək;
  • Yükqaldırma avadanlıqlarının və aksessuarlarının serifkatlarının uyğunluğunu yoxlamaq və təmin etmək;
  • Yük qaldırma planlarını yaratmaq;
  • Nəqliyyat subpodratçısı ilə bağlı işləri idarə etmək və əlaqələndirmək;
  • Sahədə bütün yükqaldırma fəaliyyətlərini idarə etmək və onlara rəhbərlik etmək;
  • Bütün yük qaldırıcı avadanlıqların vəziyyətinə nəzarət etmək (məsələn: kranlar, avtoyükləyicilər, körpülü kranlar və s.);
  • Avadanlıqların təmiri ilə bağlı fəaliyyətlərin planlaşdırılması üçün əraziyə səfərlər etmək;
  • Kritik yük qaldırma fəaliyyətlərini əlaqələndirmək;
  • Daşıma və qaldırma fəaliyyətləri ilə bağlı bütün texniki xidmət sahələrindən gələn tələbatı təmin etmək;
  • Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
  • Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
  • İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
  • Yük qaldırma işləri ilə əlaqədar müxtəlif təlim materiallarını hazırlamaq, işçi heyətinə təlim keçmək;
  • Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.

Tələblər:

  • Müvafiq mühəndislik sahəsi üzrə bakalavr təhsili;
  • Müvafiq sahə üzrə ən azı 8 il iş təcrübəsi;
  • İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar; (Appointed Person Crane, Appointed Person Rigging, Rigger OPITO Level 3, Banksman/Slinger, Rigging and Lifting, STCW)
  • İşləri planlamaq və nəzarət etmək bacarığının olması;
  • Yükqaldırma avadanlıqlarının təftişi haqqında məlumatlı olmalı;
  • İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).

İş yeri: Qaradağ rayonu

Müraciət forması:

Müraciət üçün uyğun namizədlərdən CV-lərini  “mövzu” hissəsində vakansiyanın adını “Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.         

Son müraciət tarixi: 10.04.2024

İşəgötürənin reytinqi