Mühasib-analitik

İşin təsviri

Funksional vəzifələri:

  • Həftəlik, Aylıq və illik satış ilə bağlı analitik hesabatların hazırlanması və birbaşa rəhbərinə təqdim olunması
  • Satış dinamikasının mütəmadi izlənməsi və analizlərin aparılması
  • Qısa və uzun müddətli satış proqnozlarının hazırlanması və planlaşdırılması
  • Riyazi və statistik üsullardan istifadə edərək məlumatların təhlil olunması
  • Böyük şəbəkələrlə aylıq üzləşmələrin təşkili, müştərilər ilə üzləşmə aktlarını / hesabatlarını hazırlamaq;
  • Satışa nəzarət və satış şöbəsinə vaxtında və dəqiq məlumat vermək məqsədilə ödənilmiş qaimə fakturalar ilə hazırlanmış fakturaların üzləşdirilməsi
  • Satış ilə bağlı təqdimat, müqavilə və s. sənədlərin hazırlanması
  • Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirilməsi və kassa hesabatlarının yoxlanması;
  • Gündəlik kassa əməliyyatlarının, təhtəlhesab, balans, avans hesabatının aparılması və rəhbərliklə paylaşılması; 
  • Debitor borclar üzrə tələb olunan, korporativ hesabatların və digər daxili hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;
  • Digər gündəlik və aylıq debitor hesablar üzrə əməliyyatların yerinə yetirilməsi və iclasların təşkili;
  • Rəhbərlik və digər stukturlar tərəfindən birdəfəlik hesabatlarla bağlı sorğuların vaxtında cavablandırılması;

Hüquq və səlahiyyətləri:

  • Normal iş şəraiti ilə təmin olunmaq;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə işlədiyi təşkilatı müəyyən olunmuş qaydada digər təşkilatlarda təmsil etmək;
  • Səlahiyyətinə aid olan məsələlər üzrə təkliflər ilə çıxış etmək;
  • Rəhbərliyin çağırdığı müşavirələrdə səlahiyyətinə aid olan məsələlərin müzakirəsində iştirak etmək;
  • Təşkilat daxilində qarşılıqlı əlaqə bağlılığı olan şöbə və bölmələrdən səlahiyyəti çərçivəsində lazım olan məlumatları tələb etmək;
  • Əmək qanunvericiliyi və digər normativ sənədlərlə müəyyən olunmuş digər hüquq və səlahiyyətlər.

Məsuliyyəti:

  • Vəzifə standartı və digər normativ sənədlər ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək;
  • Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək;
  • Əməyin təhlükəsizliyi normalarına əməl etmək;
  • İşəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq;
  • Dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq;
  • İş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq;
  • İmzaladığı sənədlərə şəxsən və şərtsiz məsuliyyət daşımaq.
  • Fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək;
  • Əmək qanunvericiliyinin və fəaliyyətini tənzimləyən digər normativ sənədlərin tələblərinə əməl etmək.

Bilik və bacarıqları:

Yalnız xanım namizədlər (Yaş həddi 20-30 aralığı)

Təhsil: İqtisadi yönümlü ali təhsil;

Təcrübə: Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;

Bilməlidir:

  • Əsas maliyyə hesabatları; Balans hesabatı, Mənfəət/ Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti və s. hesabatların hazırlanmasını;
  • Sürətli və effektiv Excel;
  • Vergi prosedurları bilikləri, illik audit və hesabat prosedurları, ödəmə üsulları / satınalma prosesi haqqında məlumat;
  • Azərbaycan dilində sərbəst yazmaq və danışmaq bacarığı, ingilis dili ən azı orta səviyyə arzuolunandır;

Bacarıqlar:

  • Güclü proses və planlaşdırma düşüncəsi;
  • İşə strukturlaşdırılmış və proses yönümlü yanaşmaya malik olmalı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Stres altında işləməyi və stres vəziyyətlərdə qərar qəbul etməyi bacarmalı;
  • Planlı işləmə bacarığı və işə sistemli və nəticəyönümlü yanaşma bacarığı;
  • Ünsiyyət yaratmaq, dinləmək qabiliyyətinə malik olmalı;
  • İdarəetmə qabiliyyəti yüksək səviyyədə olmalı;
  • Analiz etmək, vaxtın idarə olunması, səbirlilik, komandada işləyə bilmək və baş verən hadisələrdə zamanında çevik və doğru qərar vermək kimi bacarıqların olması.

Ünvan: Babək pr. 74
Struktur bölmənin adı: Maliyyə şöbəsi