Kommersiya departamentinin direktorunun köməkçisi

  • AAC MMC
  • Elanın qoyulma tarixi: 27.01.2014
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

“AAC” MMC 2011-ci ilin dekabr ayının 26-da Cənab Prezident İlham Əliyevin iştirkaı ilə rəsmi fəaliyyətə başlamış  Müasir tikinti materialları zavodudur. “AAC” MMC məsaməli beton blokları, yanmış və sönmüş əhəngin istehsalı ilə məşğuldur.  Zavodun illik istehsal gücü 180 min kubmetr məsaməli beton blokları və 30 min ton əhəng təşkil edir. Şirkət Qaradağ rayonunun Sənqaçal qəsəbəsində yerləşir. Təxmini 190 nəfərə yaxın işçi heyəti olan  şirkət işçilərini işə gəlmək üçün nəqliyyat vasitəsilə, həmçinin nahar, həyat sığortası və tibbi sığorta ilə təmin edir.
"AAC" müasir tikinti materialları zavodu "SYNERGY GROUP"- a daxildir.

Vəzifə: Kommersiya departamentinin direktorunun köməkçisi 

MƏSULİYYƏT VƏ VƏZİFƏLƏRİ:

• Telefon zənglərinin qəbul edilməsi və aidiyyatı şəxslərə istiqamətləndirilməsi;
• Qonaqların qarşılanması və aidiyyatı şəxslərlə görüşün təşkil olunması;
• Məktubların və digər sənədlərin hazırlanması;
• Daxil olan və xaric olan məktubların qeydiyyatının aparılması;
• Müraciət edən müştərilərə satışla bağlı ilkin məlumatın verilməsi;
• Ofis daxili inzibati işlərin icra olunması;
• Müəssisədaxili intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar-gigiyena norma və qaydalarına riayət edilməsi;
• Əmək müqaviləsi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımınca icra edilməsi və onların pozulmasına yol verilməməsi;
• Fəaliyyəti ilə bağlı mütəmadi olaraq birbaşa rəhbərinə hesabatlar hazırlayıb təqdim edilməsi;
• Birbaşa rəhbərinin konkret tapşırıq və sərəncamlarının yerinə yetirilməsi.

Tələblər:

Orta təhsil və ya ali təhsil;
Kompüterlə və ofis avadanlığı ilə işləmək bacarığı;
Azərbaycan, rus və ingilis dillərini bilmək;
Katiblik sahəsində azı 1 il iş stajı;
Kommunikabellik;
Məsuliyyətlilik;
Diqqətlilik;
Ünsiyyət qurmaq bacarığı;
Əlaqələndirmə bacarığı.

Qadın namizədlərə üstünlük veriləcək.
İş yeri Ə. Rəcəbli ¼ ünvanında yerləşir.

Maraqlanan şəxslər öz CV-lərini mövzu hissəsində vəzifəninin adını qeyd edərək [email protected] elektron ünvanına göndərməlidirlər.

Müraciətin son tarixi 7 fevral 2014-cü ildir.