Xəzinədar

İşin təsviri

Vəzifə və öhdəliklər:

  • Müştərilər tərəfindən ödənilən pul vəsaitlərinin tələb olunan qaydada qəbul edilməsi;
  • Kassadan keçən bütün pul vəsaitlərin, sənədlərin və qiymətlərin izlənilməsi, nəzarətdə saxlanılması və hesabatının aparılması;
  • Nağdsız və Nağd pul vəsaitlərinin təhlükəsiz şəraitdə saxlanmasını və müvafiq struktur əməkdaşlarına təhvil verilməsinin təmin edilməsi;
  • Müştərilərin yönləndirdiyi sualların səlahiyyət çərçivəsində cavablandırılması və ya aidiyyatı üzrə yönəldirilməsi;
  • Ödəniş terminalında gün sonu X-Z əməliyyatlarının aparılması;
  • Taksit kartlarla aylıq bölgü üzrə əməliyyatların aparılması.

Tələblər:

  • Yaş: 23-29 yaş arası;
  • Maliyyə və mühasibat sahəsində natamam ali təhsil (Ali təhsil arzu olunandır)
  • Müvafiq sahə üzrə iş təcrübəsi mütləqdir;
  • Azərbaycan dilini səlis bilməli, rus dilini bilməsi arzu olunandır;
  • Kompüter bilikləri (MS Office,və 1C proqramları ilə işləmə bacarığı mütləqdir)
  • Aktivlik, çeviklik, ünsiyyətçillik və məsuliyyətlilik;
  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş günləri: 6 iş günü, 1 gün istirahət;
  • Müxtəlif növ kassa aparatları və onların iş mexanizmlərini bilməli;
  • Məsuliyyətlik, işdə dəqiqlik, və detallara fikir vermək;
  • İşdə dəqiq, məsuliyyətli və dürüst olmalıdır;

CV-ləri  şəkil əlavə etməklə mövzü bölməsində “Xəzinədar” qeyd edərək e-mail ünvanına göndərin.

Əmək haqqı: 700 Azn+bonus.

İşəgötürənin reytinqi