Sahə Memarı

  • Azinvest İnşaat
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Öhdəliklər:

  • Təhkim olunduğu layihələrin bütün mərhələlərində memarlıq üzrə layihələndirmə prosesinin idarəedilməsini təmin etmək,
  • Layihələndirmə prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək,
  • Tikintinin istehsalat prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarət etmək;
  • Layihənin təhvil-təslim prosesinə müvafiq fənn (memarlıq hissəsi) üzrə nəzarətetmək;
  • Layihələrin ilkin mərhələlərində detallı axtarış etmək, sahə analizləri aparmaq, ilkin dizayn yanaşmasını təmin etmək,
  • Layihələndirmə məlumatlarını estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və layihəçiləri bu tələblərə istiqamətləndirmək,
  • İstehsalatın müvafiq sınaq və yoxlamalarında, tikintinin təhvil-təslim prosesində iştirak etmək,
  • Tikintidə görülən işlərin keyfiyyətinə nəzarət etmək;
  • Çıxarışların alınması üçün zəruri layihələrin hazırlanması;
  • Yerində ölçü alımlarına və metraj hazırlanmasına töhfə vermək;
  • Layihələrin və baş planların lazımi düzəlişlərinin Azərbaycan Respublikası qanunvericiliyinin, şəhərsalma və tikintiyə dair normativ sənədlərin, eləcə də əvvəlcədən təyin edilmiş beynəlxalq standartların tələblərinə uyğun işləyib hazırlamaq.
  • Layihələndirmə sənədlərinin hazırlanması, paylanması, saxlanılması, təsdiqi, arxivləşdirilməsi və eləcə də hər növ məlumat mübadiləsinin müvafiq Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.

Tələblər:

  • İnşaat,mülki-tikinti və ya müvafiq sahə üzrə ali təhsil;
  • Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi
  • Müasir tikinti norma və qaydalarını bilmək (AzDTN qaydaları əsasında);
  • Archicad, Autocad proqramları üzrə qabaqcıl istifadə biliyi;
  • Komandada işləmə bacarığı;
  • Analitik düşünmə qabiliyyəti;
  • İşi planlamaq bacarığı;
  • Gündəlik iş prosesində bilikləri müstəqil tətbiq etmək bacarığı.

Bizim təminatımız:

İş yeri: Bakı şəhəri

Əmək haqqı; 1800-2000 AZN (Əmək haqqı namizədin bilik və bacarığına görə müsahibədə təyin olunacaq)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini Subject/Mövzu hissədə “Sahə Memarı” yazaraq 01.04.2024- cü il tarixinədək göndərilməsi xahiş olunur. 

Azinvest İnşaat tərəfindən digər vakansiyalar