Maaş və Bonuslu Təcrübə Proqramı

  • Qarant Kredit
  • Elanın qoyulma tarixi: 01.03.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

“Qarant Kredit Lombard ” MMC Bakı şəhəri və bölgə filialları üzrə(Masallı,Tovuz,Ağstafa,Qazax) Maaşlı Təcrübə Proqramı elan edir! 

“Qarant Kredit Lombard ”  MMC  Azərbaycanın ən sürətli inkişaf edən və daim müştərilərinin məmnuniyyətini qazanmış kredit təşkilatı olmaqla yanaşı, gənclərin inkişafı üçün də daim yeni addımlar atmaqdadır. Şirkət xüsusən universiteti son 5 il ərzində bitirmiş məzunlar və ya hazırda təhsil alan gənclər üçün 2 aylıq Maaşlı Təcrübə Proqramı elan edir!

Təcrübə Proqramı məzunlara təhsil zamanı öyrəndikləri nəzəri bilikləri peşəkar iş həyatında tətbiq edərək praktiki biliklərə sahib olmaları, korporativ mühit və biznes prosesləri ilə yaxından tanış olmaları üçün şərait yaradır və eyni zamanda təşkilatın peşəkar təlimçilərindən mentor dəstəyi almaq fürsəti verir.

Vakansiya haqqında ümumi məlumat:

  • Təşkilatın kredit məhsullarını təbliğ etmək və müştəriləri cəlb etmək;
  • Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə ətraflı məlumat vermək;
  • Kredit portfelinin keyfiyyətinə nəzarət etmək və təcrübə dövründə 10 yeni müştəri cəlb etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək.
  • Yaş həddi – 20-35;
  • Şirkətin prosedurlarını, təlimatlarını və daxili qaydalarını öyrənmək;
  • Şirkətin daxili sistemini öyrənmək;
  • Kreditləşmədə zəruri olan sənədləşməni öyrənmək və digər normativ sənədləri mənimsəmək;
  • Təcrübəsi olan kredit mütəxəssisin yanında təcrübə keçərək, bu sahədə öz biliklərini əldə etmək;
  • Müştəri ilə ünsiyyət, müştəri münasibəti və müştəri təhlilini öyrənmək;

Öhdəliklər:

  • Təcrübə dövründə aktiv iştirak etmək;
  • Təcrübə dövründə keçilənləri mənimsəmək və öz işində tətbiq etmək;
  • Təlimçi ilə  interaktiv işləmək.

Namizədə olan ilkin tələblər:

  • Ali təhsil alan və ya ali təhsil müəssisəsini son 5 ildə bitirmiş olmalı;
  • Satış bacarığına malik olmaq;
  • Analitik zəka, müştərilərlə işləmək bacarığı;
  • Riyazi hesablama aparmaq qabiliyyəti;
  • Komanda ilə işləmək bacarığı;
  • Pozitiv ünsiyyət bacarığı;
  • Microsoft Office proqramları ilə işləmək bacarığı.

İş şəraiti və təminatlar:

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi sənədləşmə;
  • Bank kartı ilə aylıq 175 AZN  ödəniş;
  • Maaşdan əlavə bonuslar;
  • Karyera yüksəlişi.

İş qrafiki:

  • Həftə içi 6 gün;
  • İş saatı: saat 09:00-dan 18:00-a, şənbə günü 10:00-16:00

Qeyd: Təcrübə proqramını uğurla başa vuran hər bir namizədə sertifikat veriləcək və təşkilatımızda işlə təmin olunacaq.

Müraciət üçün: CV formanızı email ünvanına başlıqda "Maaş və Bonuslu Təcrübə Proqramı" qeyd edərək göndərə bilərsiniz.