Satış mütəxəssisi

  • Gedik Kaynak
  • Elanın qoyulma tarixi: 26.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə Öhdəlikləri:

  • İstehsal etdiyimiz məhsullar haqqında məlumatların dərindən öyrənilməsi
  • Müştərilərə məhsul və xidmətlər barədə dolğun məlumatların təqdim olunması və satışların yüksək səviyyədə həyata keçirilməsi;
  • Daima yeni müştəri axtarışlarının həyata keçirilməsi;
  • Mövcud müştərilərlə əlaqələrin möhkəmləndirilməsi və müştəri ziyarətinin davam etdirilməsi;
  • Satış hədəflərin təyin olunmuş ölçülərdə və vaxtda təmin edilməsi;
  • Müştəri məmnuniyyətinin qorunub saxalanılmasına və müştəri rəylərinə nəzarətin edilməsi;
  • Müstərilərlə düzgün ünsiyyətin qurulması və onları daima yeniliklərlə məlumatlandırılması;
  • Müştəri tələblərinin keyfiyyətli araşdırılması və istəklərinin rəsmi təklif formasında göndərilməsi;
  • Müştəri şikayətlərinin təhlil və həllinin təmin edilməsi;
  • Rəqib şirkətlərin məhsul, xidmət və qiymət təkliflərinin araşdırılması;
  • Bazarda baş verən dəyışiklik və yeniliklərin izlənilməsi;
  • Şirkətin tanıdılması üçün tələb olunan marketinq tədbirlərinin icrasi; 
  • Satış sonrası əməliyyatlara, o cümlədən çatdırılma və ödəniş proseslərinə nəzarətin edilməsi;
  • Şirkətdaxili konfidensial məlumatların qorunmasını təmin etmək;
  • İş günü səmərəli keçməsi üçün iş planını öncədən tərtib edilməsi;
  • Günlük, həftəlik, aylıq və digər hesabatları təyin olunmuş muddətdə rəhbərliyə təqdim edilməsi;
  • Debitor borclarına nəzarət edilməsi və yığılması;

Tələblər:

  • Ali təhsili;
  • Analoji vəzifədə minimum 3 il iş stajı; 
  • Bazarda müştərilərin tələbinə uyğun məhsulların təyin edilmə bacarığı;
  • MS Office programını yaxşı bilmək;
  • Azərbaycan, rus, ingilis dillərini bilmək;
  • Yüksək təşkilatçılıq bacarıqları;
  • Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları;
  • Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü.
  • Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları.
  • Sürücülük vəsiqəsi

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00–dan 18:00 dək
  • Əməkhaqqı: Namizədin bilik və bacarıqlarından asılı olaraq dəyişir
  • Nahar şirkət tərəfindən qarşılanır
  • Korporativ nömrə
  • Ünvan: Əhməd Rəcəbli 1/25B, N.Nərimanov, Bakı, AZ1075

Tələblərə uyğun şəxslər CV-lərini elektron poçt ünvanına mövzu hissəsinə “Satış mütəxəssisi” yazaraq göndərə bilərlər.