Nəqliyyat dispetçeri

İşin təsviri

Vəzifə öhdəlikləri

  • Nəqliyyat vasitələrinin əraziyə göndərilməsinə və xətdən qayıtmasına nəzarət etmək, eyni zamanda nəqliyyat vasitələrinin xətdən qayıtmadığı bütün hallar barədə şöbə rəhbərinə məlumat vermək
  • Sürücü ve operatorların gündəlik iş qrafiklərinə nəzarət
  • Avtomobil və yol tikinti texnikalarının təyin olunmuş marşrut və planlaşdırılan iş həcmlərinə uyğun olaraq yanacağı təyin edib göstəriş vermək
  • Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda dərhal onun haqqında rəhbərliyi məlumatlandırmaq
  • Avtomobildə baş verə biləcək nasazlıqlarla əlaqəli şəxslərə məlumat vermək, təmirini təşkil etmək və izləmək
  • Sürücülərin iş qrafikini tərtib etmək, izləmək və koordinasiya etmək
  • Optimal marşrut xətlərini hazırlamaq, sifariş və çatdırmaları əraziyə və yük maşınına uyğun düzgün şəkildə bölmək
  • Yüklərin vaxtında və təhlükəsiz çatdırılmasına nəzarət etmək

Namizədə tələblər: 

  • Müvafiq sahə üzrə təcrübə mütləqdir
  • Ali və ya orta-ixtisas təhsil
  • Nəqliyyat vasitəsinin texniki xarakteristikasını bilməli
  • Dispetçer və yol-nəqliyyat işinin təşkilini bilməli

Zəhmət olmasa CV-nizi mövzu hissəsində “Dispetçer” qeyd etməklə elektron poçt ünvanına göndərin.

Əlaqə nömrəsi: +994 12 404 88 22

İşəgötürənin reytinqi