Data Analitika və Proqram Təminatı üzrə Mütəxəssis

  • Ayan MMC
  • Elanın qoyulma tarixi: 20.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Satış, Logistika, marketinq məlumatların təhlili
  • Datanın müxtəlif mənbələrdən toplanması və təmizlənməsi
  • Riyazi-statistik metodlardan, maşın öyrənməsindən və digər analitik üsullardan istifadə etməklə müxtəlif dataların təhlili və modelləşdirilməsi, datadan faydalı biliklərin əldə edilməsi
  • Təhlil nəticələrinin vizual təqdimatlarının yaradılması
  • Qərarların qəbul edilməsinə yardımçı olan təhlil nəticələrinin maraqlı tərəflərə effektiv şəkildə çatdırılması
  • Gələcək bazar hərəkətlərini, müştəri davranışlarını və ya potensial riskləri proqnozlaşdırmağa kömək edə biləcək tendensiyalar, nümunələr və anomaliyaları müəyyən etmək üçün tarixi məlumatların təhlili
  • Fərdiləşdirilmiş marketinq və satış strategiyaları üçün data əsasında gərəkli təhlillər və məhsullar üzrə tövsiyələrin verilməsi
  • Hesabatlılıq sisteminin qurulması
  • Marşrut, Ticarət nöqtələri, Satış Nümayəndəsi üzrə planlama-proqnozlama metodlarının hazırlanması və tətbiqi
  • KPI-lara nəzarət etmək və planlaşdırmaq 
  • Hədəf göstəricilərdən kənarlaşmaların təhlili 
  • Ticari kampaniyaların təhlili
  • Anbarda və çatdırılmada prosesləri optimallaşdırmaq
  • Proqram təminatında kommersiya şöbəsinə aid bazaların idarə edilməsi

Namizədə dair tələblər:

  • Müvafiq sahə üzrə ali təhsil
  • 3-5 ildən data analitikası sahəsində təcrübə
  • Excel, Power BI və SQL daxil olmaqla proqram təminatı üzrə biliklər
  • Effektiv ünsiyyət bacarıqları və fikirlərinizi aydın şəkildə izah etmək bacarığı
  • Məlumatların təhlilinə planlı yanaşma və vaxtı səmərəli idarə etmək bacarığı
  • Ünsiyyət bacarıqları və digər komanda üzvləri ilə uğurla qarşılıqlı əlaqə qurmaq bacarığı
  • Təfərrüata diqqət və yüksək keyfiyyətli məlumat təhlilinə sadiqlik
  • Azərbaycan və rus dillərini bilmək

Əlavə məlumatlar:

  • İş qrafiki 08:00-dan 17:00-dək
  • 5 günlük iş rejimi

Göstərilən tələblərə cavab verən namizədlər öz CV–lərini elektron poçt ünvanına, mövzu hissəsində vəzifənin adı “Data Analitika və proqram təminatı” qeyd olunmaqla, göndərə bilərlər.

Müsahibəyə dəvət olunan namizədlər şirkətə giriş üçün şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.

Ayan MMC tərəfindən digər vakansiyalar