Korporativ satış üzrə kiçik mütəxəssis

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərə gündəlik zəng etmək
  • Potensial korporativ müştərilərin axtarışı və görüşlərin planlaşdırılması
  • Korporativ müştərilərə xidmətlər və biznes təklifləri təqdim etmək
  • Kommersiya təkliflərinin hazırlanması
  • Korporativ müştərilərlə müqavilələrin bağlanması
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların yerinə yetirilməsi
  • Qarşıya qoyulan hədəflərin yerinə yetirilməsi
  • Danışıqlar
  • Daxili CRM sistemi ilə işləmək və korporativ müştərilərin məlumat bazasının doldurulması (ünvanlar, rekvizitlər, telefon nömrələri, adlar, menecerlər və aparıcı mütəxəssislər, hesabatlar, satış həcmləri, öhdəliklərin vaxtında və tam yerinə yetirilməsi və s.)
  • Qiymətləndirmədə iştirak, qiymət danışıqlarında psixoloji aspektlərin işlənməsi, qiymətlərin əsaslandırılması yollarının müəyyən edilməsi.
  • Müştəri bazasına satış sonrası xidmət və yüksək səviyyəli xidmətin göstərilməsi
  • Müştəri bazasının uzunmüddətli və aktiv işə həvəsləndirilməsi
  • Şirkət tərəfindən göstərilən xidmətlərə ehtiyacın müəyyən edilməsi və rəqiblərin axtarışı üçün bazar və tərəfdaş bazasının təhlilinin aparılması
  • Müştərilərin göstərilən xidmətlərlə bağlı şikayət etmələrinin səbəblərinin təhlili
  • Tərəfdaşların müqavilə şərtlərinə əməl etməsinə (aktlara görə ödəniş) və xidmətlərin keyfiyyətlə göstərilməsinin monitorinqi
  • Satış həcminin təhlili, işinizin nəticələri haqqında hesabatın hazırlanması və şirkət rəhbərliyinə təqdim edilməsi
  • Tərəfdaşlar tərəfindən bağlanmış müqavilələr və satışlar üzrə hesabatların aparılması
  • Satış, xidmətlər və onların bazara çıxarılması üçün sxemlərin, metodların və texnologiyaların işlənib hazırlanmasında komandanın fəal iştirakı
  • Potensial və faktiki fors-major hadisələr barədə şirkət rəhbərliyini vaxtında məlumatlandırmaq
  • Təqdim etdiyimiz məhsuldakı bütün yeniliklər, əlavələr və dəyişikliklər barədə korporativ müştəriləri məlumatlandırmaq

Namizədə tələblər:

  • Diqqətçil, nəticələrə məsuliyyətlə yanaşmalı
  • Azərbaycan və rus dili mütləqdir, ingilis dili arzuolunandır;
  • Ali təhsil;
  • Word, Excel proqram biliyi
  • İş təcrübəsi 3 il

Şərtlər:

  • İş rejimi: 5/2
  • Əmək haqqı: müsahibə zamanı namizədin biliyinə və təcrübəsinə əsasən müəyyən olunacaq
  • İş yeri : Baku White City

Bizim komandaya qoşulmaq istəyən namizədlərdən xahiş olunur ki, CV-ni " Korporativ satış üzrə kiçik mütəxəssis " mövzu hissəsində qeyd etməklə elektron poçtuna göndərsinlər.