İşin təsviri
Vəzifə öhdəlikləri:
- Yeni texnoloji sistemlərin quraşdırılması və sazlanması
- Mövcud server infrastrukturunun dəstəklənməsi
- Serverlərin, sistemlərin və digər avadanlıqların monitorinqi
- Məlumatların arxivləşdirilməsinin həyata keçirilməsi
- Yeni texnoloji sistemlərə tələblərin araşdırılması
Namizədə tələblər:
- Yaş həddi: 23 - 35
- Müvafiq sahədə ali təhsil (riyaziyyat, tətbiqi riyaziyyat, informatika, kibernetika, kompüter mühəndisliyi və s.)
- Azərbaycan dilində səlis danışıq
- İngilis və Rus dili bilikləri (orta səviyyədə)
- Windows server əməliyyat sisteminin idarəedilməsi üzrə nəzəri və praktiki biliklər
- Linux əməliyyat sistemləri üzrə nəzəri və praktiki biliklər
- Routing, VLAN, VPN, DNS, Active Directory, Group Policy, İİS, WSUS, Terminal Services, Mail server və sair üzrə nəzəri və praktik biliklər
- Virtuallaşdırma texnologiyaları (Vmware vSphere, ESXi) üzrə nəzəri və praktiki biliklər
- Məlumatların, sistemlərin və avadanlıqların arxivləşdirilməsi üzrə nəzəri və praktik biliklər
- Storage avadanlıqları ilə işə dair nəzəri biliklər
- Müvafiq sahədə minimum 2 il iş təcrübəsi
Vakansiyaya TuranBank ASC-nin “İşə Qəbul Portalı”nda qeydiyyatdan keçərək müraciət edə bilərsiniz.