Xərclərə nəzarət üzrə mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Müvafiq mühasibatlıq sənədləri əsasında xərclərin uçotunun aparılması;
  • Qəbul edilən malların hesabatını və sənədləşməsini gündəlik şəkildə yoxlamaq;
  • Hər ay inventar hesablama həyata keçirmək və aşkar edilmiş bütün uyğunsuzluqları barədə hesabat vermək;
  • Layihələr üzrə xərclərin bölüşdürülməsi və onlara nəzarət;
  • Layihələr və məhsullar/xidmətlər üzrə xərclərin/maya dəyərinin formalaşdırılması, inzibati xərclərin bölgüsü əsaslarının hazırlanması;
  • Tikinti və təmir büdcələrinin cari xərclərlə müqayisəsi, kənarlaşmaları tapmaq və bu kənarlaşmaları izah etmək;
  • Podratçıların xərclərinə nəzarət etmək;
  • Büdcə və faktiki rəqəmlər üzrə yaranmış kənarlaşmaların araşdırılması və bunlarla bağlı aylıq, rüblük və illik hesabatların təqdimatı
  • Xərclərin optimizasiyası və səmərəliliyin artırılması istiqamətində daima təkliflərlə çıxış etmək;
  • Xərclər hesabatının hazırlanması və izlənməsi;
  • Satınalma və Maliyyə məlumatlarının təhlili və həmin istiqamətdə hesabatların hazırlanması.

Namizədə tələblər:

  • Yaş: 25-35
  • Cinsi: Kişi
  • Təhsil: Ali (Mühasibat sahəsində olanlara üstünlük verilir)
  • İş təcrübəsi: ən azı 2 il
  • Dil bilikləri: Rus dili bilmək üstünlükdür
  • Kompüter bilikləri: MS Office/Excel (əla),  1C: 8.3 
  • İşə məsuliyyətli yanaşmaq;
  • Maliyyə hesabatlarının hazırlanması bilənlərə üstünlük verilir.
  • Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf.

İş şərtləri:

  • AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
  • İş qrafiki həftənin 6 günü;
  • İş saatı: 6-ci gün qısa gün
  • Əmək Haqqı –900 azn NET

Göstərilən tələblərə uyğun namizədlər öz şəkilli CV-zi mailin mövzu hissəsinə mütləq “ Xərclərə nəzarət üzrə mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxınmayacaq) elektron ünvanına göndərə bilərlər. 

Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.

Modern Construction Group tərəfindən digər vakansiyalar