İT şöbəsinin rəhbəri

  • Landau School
  • Elanın qoyulma tarixi: 09.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Təsvir:

  • Şirkətin fəaliyyətinin həyata keçirilməsi üçün İT xidmətlərini və əməliyyatını yaratmaq, nəzarət etmək və inkişaf etdirmək;
  • Şirkətə bağlı bütün İT əməliyyatlarına nəzarət etmək;
  • Şirkətin İT tələblərini və ehtiyaclarını analiz etmək və müəyyənləşdirmək;
  • Korporativ strategiyalarına uyğun olan effektiv İT həllərini və siyasətlərini hazırlamaq və qurmaq;
  • İT şöbəsinin keyfiyyətli performansı üçün onları yeni texnoloji avadanlıqlarla və proqramlarla təmin etmək;
  • Şirkətin büdcəsinə uyğun olan İT sistemlərinin və işçilərinin səmərəli fəaliyyətini təmin etmək;
  • Biznes hədəflərini praktik və texniki həllərə çevirmək.

Tələblər:

  • Ali təhsil;
  • İnformasiya Təhlükəsizliyi sahəsində minimum 5 illik təcrübə;
  • Müvafiq sahə üzrə rəhbər vəzifəsində minimum 1 illik təcrübə;
  • İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartların tələbləri üzrə biliklərin olması;
  • Azərbaycan və rus dillərində şifahi və yazılı ünsiyyət qurma bacarığı;
  • Analitik düşünmə və problem həll etmə bacarığı, detallara diqqət və nəticə yönümlülük;
  • Güclü kommunikasıya bacarığı;
  • İdarəetmə və təqdimat bacarığı;
  • İT və İnformasiya təhlükəsizliyi sahəsində beynəlxalq sertifikatları olanlara üstünlük verilir.

Biz nə təklif edirik:

  • AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki: 9:00 - 18:00 (həftədə 5 dəfə);
  • Landau School-da uşaqların təhsilində xüsusi endirimlər və digər imtiyazlar.

Qeyd: Yalnız uyğun namizədlər müsahibəyə dəvət olunacaqlar.

İşəgötürənin reytinqi