İşin təsviri
Vəzifə öhdəlikləri:
- Satışın təhlili və hesabatlarının hazırlanması;
- Aylıq, rüblük, illik satış planlarının tərtib edilməsi;
- Şirkətin satış nəticələrinə əsaslanan məlumatların toplanması və işlənməsi;
- Satışlarda mövsümi dalğalanmaların izlənməsi və satışı yüksək olan məhsulların aşkar olunması;
- Satış planlarının yerinə yetirilməsində monitorinqlərin aparılması;
- Müxtəlif kateqoriyalı məhsullar üçün istehlakçı tələbinin proqnozlaşdırılması, orta çek məbləğinin ölçülməsi;
- Konversiya qiymətləndirilməsi, satışda artımın təmin edilməsini göstərən ən effektiv ünsiyyət kanallarının müəyyən edilməsi;
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dili səlis, rus dili arzu olunandır;
- Yüksək səviyyədə Excel biliyi, Power BI, və Power Query proqramlarından istifadə bacarığı;
- Yüksək analitik düşünmə və idarə etmə qabiliyyəti;
- Komanda ilə işləmə və yaxşı ünsiyyət bacarığı.
İş şəraiti:
- İş qrafiki: I-V günlər;
- Rəqabət qabiliyyətli əməkhaqqı.
Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.