Memar

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Layihələrin planlaşdırılması, hazırlanması və icrası;
  • Layihələrin   2D və 3D formatda eskizlərin hazırlanmasını;
  • Sifarişçilərlə danışıqlar aparmaq və onların tələblərini başa düşmək;
  • Tikilini layihələşdirmək, dəyərləndirmə və yoxlanış nəticələrini təqdim etmək;
  • Layihə ilə bağlı ətraflı texniki hesablamalar aparmaq;
  • Tikinti və inşaat işlərinin layihəyə uyğun aparılmasına nəzarət etmək:
  • Ərazinin müntəzəm monitorinqini aparmaq və məsələlər ilə bağlı aidiyyatı mütəxəssislərlə məsləhətləşmək;
  • Quraşdırma işlərini müzakirə etmək və xüsusi icazələrin alınmasını təmin etmək;

Bilik və bacarıqlar: 

  • Bədii estetika və erqonomikanı;
  • Sxem və modellərin dizaynı və hazırlanması
  • Bədii-konstruktorlaşmanın və bədii-qrafika işlərinin metodlarını;
  • Layihə sənədləşməsinin vahid sistemini, layihə sənədlərinin tərtibini, işlənib hazırlanmasına qoyulan tələbləri, tikinti norma və qaydalarını; (QOST-lar və s.);
  • Tikinti və inşaat materialları, komponentləri və prosesləri; 
  • Layihələndirmədə müasir təcrübələri;
  • Yaşayış binaları, kiçik və orta ölçülü binalarda istifadə olunan ümumi konstruksiya və qeyri-konstruksiya üsulları; 
  • İnteryerin-eksteryerin qurulması ilə əlaqədar istifadə olunan materiallar və üsullar; 
  • İnteryer-eksteryerin layihələndirilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş planlaşdırma normaları;

Namizədə tələblər:

  • Təhsil: Ali təhsil (müvafiq sahə üzrə),
  • Kompüter bilikləri: MS Office proqramları, SketcUP, Lumion, Revit, ArchiCAD, AutoCAD və 3DMax və digər memar-dizayn proqram bilikləri əlavə üstünlük hesab olunur,
  • Dil bilikləri: Azərbaycan dili, Türk dili, Rus dili, digər dil bilikləri əlavə üstünlük hesab olunur,
  • İş təcrübəsi: 5 ildən az olmayaraq iş stajı; 
  • Punktual və ünsiyyətcil olması.
  • Komanda ilə işləmək bacarığı.

 

İş qrafiki: bazar ertəsi - cümə 09:00-18:00

İş yerinin : “Capital Construction” MMC       

Ünvan: Badamdar Hotel & Residences Bakı, M.Müşfiq küç. 1C,

Müraciət qaydası: elektron poçt ünvanına mövzu hissəsində vəzifə adını “Memar” yazıb, əlavədə CV (PDF formada) göndərməklə müraciət edə bilərsiniz.

Capital Construction tərəfindən digər vakansiyalar