Baş mühasib

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Şirkətin muhasibatlıq uçotunun təşkili və aparılması;
  • Vergi uçotunun təşkili və müvafiq vergi hesabatların verilməsi;
  • Müvafiq mühasibatlıq hesabatlarının (P&L, Balance sheet və s.) hazırlanması;
  • Tabeliyində olan struktur bölməsinin effektiv işinin təşkili və nəzarətin edilməsi;
  • Perspektivdə həll olunması vacib olan maliyyə problemlərinin müəyyən edilməsi və bu problemlərin həlli yolları haqqında təkliflərin verilməsi, istifadəsi zəruri olan maliyyə imkanlarının müəyyən edilməsi;
  • Şirkətin maliyyə-iqtisadi vəziyyətinin əsas göstəricilərinin planlanması;
  • Şirkətin maliyyə-iqtisadi vəziyyətinin təhlil edilməsi.

Tələblər:

  • Ali təhsil (Maliyyə və mühasibatlıq sahələri üzrə arzu olunandır);
  • Müvafiq sahə üzrə 3-5 il iş təcrübəsi;
  • Vergi məcəlləsi üzrə biliklər;
  • Səlis Azərbaycan dili, Rus və İngilis dilləri biliyi orta səviyyədə;
  • Kompüter bilikləri (MS Office, BTP və 1C proqramları ilə işləmə bacarığı);
  • Böyük həcmdə məlumatların təhlilində və proqnozların verilməsində təcrübə;
  • Startup təcrübəsi arzu olunandır;
  • Mühasibatlıq sisteminin (ERP) tətbiq olunmasında təcrübə arzu olunandır;
  • ACCA sertifikatı arzuolunandır.

İş şəraiti:

  • İş günləri: 5 iş günü, 2 gün istirahət;
  • İş saatı: 09:00-18:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

İşəgötürənin reytinqi