Smeta üzrə mühəndis (tikinti üzrə)

İşin təsviri

Əsas vəzifə və öhdəliklər:

  • Layihə sənədlərinə uyğun ümumi tikinti, mexaniki və elektrik təchizatı işlərinin layihə smeta sənədlərinin tərtibatı; 
  • Əsaslı tikinti-quraşdırma və təmir işləri üçün təklif və razılaşma qiymətləri hesablamalarını analiz etmək və smeta sənədini hazırlamaq;
  • Layihə icrası zamanı mövcud dəyişikliklərə əsasən smeta sənədlərinə düzəlişlərin edilməsi; 
  • Layihə-smeta sənədlərin vaxtında təhvil verilməsini təmin etmək;
  • Hazırlanmış smetaya uyğun olaraq texniki nəzarətin həyata keçirilməsi;
  • Layihəyə dair aylıq texniki hesabatların hazırlanması;
  • Podratçılar tərəfindən yerinə yetirilmiş işlərlə bağlı təqdim edilən  hesabatların yoxlanılması;
  • Sahələrdən gələn texniki hesabatların yoxlanması;
  • Layihələr üzrə iş qrafiklərin tərtib edilməsi və layihə üzrə işlərin planlaşdırılması;
  • Layihə sənədlərinə, tikinti norma və qaydalarına ,texniki şərtlərə və başqa normativ sənədlərə əməl olunmasına nəzarət edilməsi

Tələblər:

  • Mühəndis ixtisası üzrə ali təhsil-mütləqdir;
  • Minimum 5 il müvafiq sahədə iş təcrübəsi- mütləqdir;
  • Yaş həddi: 30-50 yaş
  • Müvafiq qanunvericilik aktları və normalarını;
  • Dil: Azərbaycan, İngilis və Rus dilləri 
  • Komputer bilikləri: Microsoft Office və AutoCAD (Smeta+ , Microsoft Project bilənlərə  üstünlük verilir) proqramları;
  • İşə məhsuliyyətli yanaşmaq;
  • Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi.

İş haqqında məlumat:

  • Əmək məcəlləsinə uyğun sənədləşmə
  • İş qrafiki- 6 gün, şənbə günü-qısa gün
  • Əmək haqqı müsahibə əsasında razılaşdırılır.

Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Smeta üzrə mühəndis” qeyd etməklə şəkilli CV-nizi (əks halda belə müraciətlərə baxılmayacaq) elektron ünvanına göndərə bilərlər. Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.