Mühasib

  • AzerFloat
  • Elanın qoyulma tarixi: 01.02.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
  • Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
  • Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
  • Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;

İş yeri: Azerfloat QSC Bakı ofisi

Vəzifə və Öhdəlikləri:   

  • Hesabat sənədləri, mühasibat əməliyyatları üzrə sənədləşmənin rəsmiləşdirilməsi və bazaya daxil edilməsi;
  • Bank əməliyyatlarının həyata keçirilməsi;
  • Malların (işlərin və xidmətlərin) satınalınması üzrə xərclərin uçotunun aparılması;
  • Kreditor borclar üzrə üzləşmələrin hazırlanması;
  • Kreditor borclar haqqında statistika hesabatının hazırlanması;
  • Müəssisənin istehsal fəaliyyəti, maliyyə nəticələri, əmlak və öhdəlikləri haqqında hesabatının hazırlanması;
  • Müxtəlif mədaxil, məxaric orderlərinin, hesabat blanklarının və başqa rəsmi sənədlərin doldurulmasını həyata keçirilməsi;
  • İş sahəsi üzrə uçot sənədlərinin vaxtında və düzgün tərtib və təqdim edilməsi;
  • Hesabat sənədlərinin qeydiyyatının aparılması;
  • Mühasibat sənədlərinin saxlanılması və müəyyən edilmiş qaydada onların arxivə verilməsi

Tələblər:

  • Maliyyə və ya mühasibatlıq sahəsində ali təhsil; 
  • Tələb olunan vəzifə üzrə minimum 1-3 il iş təcrübəsi;
  • F3 sertifikatı arzuolunandır;
  • Xarici dillər/rus dili və ya ingilis dili orta səviyyədə;
  • MS Office proqramları; 
  • Məsuliyyət və dəqiqlik; 
  • Yeni biliklərə açıq olması;
  • Tez mənimsəmə qabiliyyəti və özünü inkişaf etdirməyə meyllilik

İş şəraiti: 

  • İş qrafiki: 09:00- 18:00/ 5 gün
  • Tibbi sığorta
  • Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır

Mövzü yerinə “Mühasib” yazıb elektron poçt ünvanına  göndərməyiniz xahiş olunur.

Müsahibəyə dəvət olunan şəxslər ünvanla bağlı aşağıdakı linkdən istifadə edə bilərlər: https://waze.com/ul/htp5myd3m0