Hüquq məsləhətçisi (VOEN əsasında xidmət və ya yarım ştat)

  • Askona
  • Elanın qoyulma tarixi: 31.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Namizəd üçün tələblər:

  • Ali hüquq təhsilli olmalı;
  • Müvafiq sahə üzrə 5 ilə qədər iş təcrübəsi olmalı;
  • AR-nın mülki (xüsusilə əqdlər, korporativ hüquq daxil olmaqla), inzibati, gömrük, vergi, əmək, miqrasiya, valyuta tənzimi, mülki və inzibati prosessual qanunvericiliyini mükəmməl bilməli;
  • Məhkəmə sahəsində nəzəri və praktik biliklərə malik olmalı;
  • Məntiqi və hüquqi analiz qabiliyyəti yüksək olmalı;
  • Miqrasiya məcəlləsini bilməli.
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli;
  • Yaş: 28-40

Vəzifələr:

  • Şirkətin maraqlarını müxtəlif müəssisə və təşkilatlarda, o cümlədən dövlət orqanlarında və məhkəmədə müdafiə etmək;
  • Hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması işinə nəzarətin etmək;
  • Standart müqavilə formalarını hazırlamaq və müqavilələrin hüquqi ekspertizasını həyata keçirmək;
  • Nizamnamə və idarəetmə orqanlarının əsasnamələrinin, bu sənədlərə əlavə və dəyişikliklərin hazırlanmasını həyata kecirir, onların  müvafiq dövlət orqanlarında qeydiyyata alınmasını təmin edir;
  • Miqrasiya müraciəti üçün tələb olunan sənədlərin (diplom, sertifikat, nikah şəhadətnaməsi, doğum şəhadətnamsi və s.) notariat tərcümə-təsdiq edilməsi.

İş qrafiki: 5 günlük 

Əmək haqqı: 700-1000 manat (müsahibə əsasında müəyyənləşdiriləcək)

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini məktubun mövzu hissəsində “Hüquq məsləhətçisi (VOEN əsasında xidmət və ya yarım ştat)” qeyd etməklə e-mail ünvanına göndərmələri xahiş olunur.