Satış Mütəxəssisi

  • Handex
  • Elanın qoyulma tarixi: 29.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

İşin təsviri: 

  • Satışı onlayn və real şəkildə həyata keçirmək;
  • Müvafiq təlim və xidmətlər haqqında müştərilərə onlayn şəkildə məlumat vermək və müştərilərin sayını artırmaq;
  • Rəhbərlik tərəfindən qoyulmuş aylıq hədəfləri yerinə yetirmək;
  • Gələn zəngləri cavablandırmaq, yeni təkliflər edib satışı icra etmək; 
  • Instagram, Whatsapp, Facebook və Linkedin üzərindən gələn müraciətləri cavablandırmaq;

 Tələblər:

  • Ali təhsil (biznes və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
  • Satış və ya müştəri xidmətləri sahəsində az təcrübəsi. Universiteti yeni bitirən gənclərdə müraciət edə bilər;
  • Məsuliyyətli, diqqətli və yüksək motivasiyalı;
  • Yaxşı kommunikasiya bacarığı;
  • Satış qabiliyyəti, təklif olunan məhsulu satmaq və tanıtmaq bacarığı;
  • MS Office, Excel və İnternet resursları ilə işləmə bacarığı;
  • Vahid komandada işləmək qabiliyyəti;

 Bizim təkliflərimiz:

  • ARƏM uyğun işə qəbul;
  • Başlanğıc üçün rəqabətə uyğun əmək haqqı;
  • Rahat iş şəraiti;
  • Daim inkişaf yönümlü və mehriban komanda.

İş şərtləri: 

  • 5 günlük tam iş günü (10:00-19:00);
  • Korporativ nömrə ilə təmin olunma;
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcək;
  • Əlavə olaraq satışdan bonus veriləcək.

Vakansiyaya müraciət üçün CV-nizi “Satış mütəxəssisi" başlığı ilə email ünvanına göndərməyinizi xahiş edirik.

Handex tərəfindən digər vakansiyalar