Junior Sistem Administrator (Sistemlərin idarə olunması şöbəsi)

  • Azərpoçt
  • Elanın qoyulma tarixi: 25.01.2024
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

Vəzifə öhdəlikləri:

  • Ərazi üzrə paylanmış server infrastrukturunun fasiləsiz fəaliyyətinin idarə edilməsi və təmin edilməsi: serverlər, virtual infrastrukturu, SAN;
  • Windows Server (Active Directory, Exchange Server, Terminal Servers, DNS, DHCP, GPO, IIS və s.) və Linux OS server proqramlarının və servislərin sazlanması, istismarı və idarə edilməsi;
  • Virtual infrastrukturun sazlanması, istismarı və idarə edilməsi;
  • İnfrastruktur monitorinq sisteminin qurulması və idarə edilməsi;
  • Problemlərin diaqnostikası və aradan qaldırılması, infrastruktur performansının təhlili;
  • Giriş hüquqlarının sazlanması, konfiqurasiyası və fərqləndirilməsi; 
  • Domain registrars, hosting providers ilə qarşılıqlı əlaqə; 
  • Təchizatçılarla qarşılıqlı əlaqə (texniki məsələlər üzrə, server avadanlığının problemlərinin aradan qaldırılması zamanı və s.);
  • Cari konfiqurasiyanın sənədləşdirilməsi, sxemlərin, infrastruktur üzrə məlumatların aktual vəziyyətdə saxlanılması. İnformasiya sistemlərinin, avadanlıqların, lisenziyaların, proqramların və s. uçotu;
  • Profilaktik və reqlament işlərinin aparılması;
  • Ehtiyat nüsxələrin çıxarılması (Backup) və məlumatların bərpasının (Restore) təşkili və təmin edilməsi;.

Vəzifə üzrə tələblər:

  • Ali təhsil;
  • Sənədlərlə işləmə bacarığı;
  • Korporativ seqmentdə / inteqratorda ərazi üzrə paylanmış şəbəkə infrastrukturunun sistem inzibatçısı vəzifəsində 2 ildən artıq iş təcrübəsi;
  • Microsoft Windows Server OS ilə bağlı dərin bilik və təcrübə; 
  • Microsoft Exchange Server idarəetmə təcrübəsi;
  • Linux OS server ilə bağlı bilik və təcrübə; 
  • VMware vSphere virtualizasiya sistemlərinin idarə olunmasında bilik və təcrübə; 
  • PowerShell-də (python, bash) skript yazma təcrübəsi; 
  • Veb serverlərləri ilə (IIS, Apache, NginX) iş təcrübəsi;
  • Şəbəkə bilikləri – OSI layer, IP Subnetting; 
  • Virtual şəbəkələrin qurulması prinsiplərinin anlaşılması;
  • Monitorinq sistemləri ilə işləmək bacarığı; 
  • İnformasiya təhlükəsizliyinin prinsiplərinin və əsaslarının bilməsi; 
  • İngilis və rus dili biliyi (texniki sənədlərin oxunması, dəstək xidmətləri ilə yazışmalar).

İş şəraiti:

  • 5 günlük iş həftəsi (Bazar ertəsi-Cümə); 
  • Korporativ nömrə ilə təmin olunma ; 
  • Bazar rəqabətli əmək haqqı; 
  • İş yeri: Baş ofis, Bakı şəh, Üzeyir Hacıbəyli 72.

Müvafiq tələblərə uyğun olan namizədlər mövzu hissəsində  “Junior Sistem Administrator” qeyd etməklə CV-lərini e-mail ünvanına göndərə bilərlər.

İşəgötürənin reytinqi