Elektromexanik

İşin təsviri

Əmək funksiyası: 

  • Texniki şöbənin idarə olunması, gündəlik texniki yoxlamaları, texniki qulluq və təmir işlərində iştirak etmək;
  • Bütün texniki ərazilər, kommunikasiya otaqları, mətbəxlər, camaşırxana, ictimai ərazilər və qonaq otaqları daxil olmaqla, bütövlükdə bina və ətraf ərazilər üçün texniki xidmət fəaliyyətlərini yerinə yetirməkdə rəhbərinə köməklik göstərmək;
  • Bina idarə etmə (BMS) sisteminin işləkliyini və optimal istifadəsini təmin etmək;
  • Müvafiq hallarda kənar podratçılar ilə birgə avadanlıqlar və qurğularla bağlı xüsusi layihələrin yerinə yetirilməsinə kömək etmək;
  • Analoq televiziya, daxili anons və musiqi sistemlərinə, analoq ATS-lərə, daxili və ərazi aydınlatma, eləcə də əlaqəli avadanlıqlara əsaslı şəkildə xidmət göstərmək və təmir etmək;
  • Qonaq otaqlarında TV, seyf və pult nasazlıqlarının, otaq qapı kilidlərində yaranan nasazlıqların aradan qaldırılması ilə bağlı xidmətləri həyata keçirmək;
  • Transformatorlara, elektrik panellərinə, gərginlik tənzimləyicilərinə, kompensator panellərə, UPS-lərə, generatorlara texniki xidməti, nasazlıqların aradan qaldırılmasını həyata keçirmək;
  • Daxili və çöl kabelləri, aşağı gərginliklə işləyən digər texniki gurğu və avadanlıqları təmir etmək və əsaslı şəkildə xidmət göstərmək;
  • Bütün hava kondisionerləri, soyuducuları, soyuducu kameralar və dondurucuları, eləcə də əlaqəli avadanlıqları təmir etmək və əsaslı şəkildə xidmət göstərmək;
  • Bütün mətbəx (Qabyuyan, stəkan yuyan maşınlar, qaz plitələri və sobalar, frityür qabları, buxar qabları daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərti ilə), bar və cəmaşirxana (Paltaryuyan və paltarqurudan maşınlar, quru kimyəvi təmizləmə, presləmə-ütüləmə və bükmə maşınları kimi camaşırxana avadanlıqları daxil olmaqla, lakin bunlarla məhdudlaşmamaq şərti ilə) avadanlıqlarını təmir etmək və texniki xidmət göstərmək;
  • Çiller qurğuları, su yumşaldıcı qurğular, drenaj nasosları, üzgüçülük hovuzları nasosları və xlorlama filtr sistemləri avadanlıqlarına texniki xidməti və təmir işlərini həyata keçirmək;
  • Nasoslar, kompressorlar, ventilyatorlar, pnevmatik sistemlər, otelin maşın və avadanlıqlarına texniki xidmət, quraşdırma, təmir və əsaslı yoxlanılma kimi xidmətləri həyata keçirmək;
  • Su qızdırıcıları, nasoslar, boylerlər, qazanlar, buxar generatorları və onların odluqları (forsunkaları), təmizləyici qurğular, tənzimləyici klapanlar, habelə bütün istilik, ventilyasiya, hava kondisionerləri (HVAC) kimi qurğuların istismar və texniki xidmət işlərini həyata keçirmək;
  • Bütün ölçü cihazlarının vəziyyətinə nəzarət etmək və onların işlək vəziyyətdə olmasına əmin olmaq;
  • Günlük və aylıq kommunal xərclərə dair (elektrik) müqayisəli sərfiyyat hesabatları hazırlamaq və bütün ölçü-nəzarət cihazlarının düzgün kalibrlənməsini mütəmadi olaraq yoxlamaq;
  • Müəyyən edilmiş Texniki plana uyğun müvafiq texniki servislərin təşkil olunmasını və podratçılara koordinasiyasına kömək etmək.

Tələblər:

  • Orta ixtisas və ya ali texniki təhsil;
  • Müvafiq sahədə minimum 2 il iş təcrübəsi;
  • Elektrik sxemlərini oxumağı bilməsi;
  • Dil bilikləri: Azərbaycan dili – sərbəst; Rus və ya İngilis dili – arzuolunandır;
  • Kompüter bilikləri: MS Ofis Proqramları;
  • Məsuliyyətli, dəqiq, kollektivlə iş bacarığı olmalı.

Vəzifə üzrə təminatlar:

  • Dünyanın məşhur alman brendində iş imkanı;
  •  “TABİA qrup” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
  • Təlim və inkişaf proqramlarında iştirak imkanları;
  • Gündəlik qidalanma.

Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.

Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə 09.02.2024-cü il tarixinədək göndərə bilərlər.