Sistem İnzibatçılığı şöbəsinin Aparıcı Mütəxəssisi

İşin təsviri

Təsvir:

  • İnfrasturkturun – server, storage, digər avadanlıqlar, müxtəlif əməliyyat sistemləri və proqram təminatınn fasiləsiz fəaliyyətini təşkil və təmin edilməsi;
  • Server proqram təminatının yüklənməsi və serverdə sistemin konfiqurasiya olunması;
  • Fayl serverlərdə, verilənlər bazasının idarə olunması serverlərində proqram təminatının inteqrasiyasını təmin edilməsi;
  • Server proqram təminatının işlək vəziyyətdə olmasını təmin edilməsi;
  • Sistemlərə girişlərin, sistem faylları və verilənlərə baxış və dəyişikliklərin təhlükəsizliyinin təmin edilməsi;
  • Müasir tələblərə uyğun backup texnologiyalarını tətbiq etməklə verilənlərin etibarlı rezerv olunmasının təmin edilməsi;
  • İstifadəçilərin qeydiyyatının aparılması (domain controller-də), user identifikasiya və parolların təyin edilməsi;
  • İnfrastruktur resurslarının istifadəsinə nəzarət edilməsi;
  • Korporativ elektron poçt sisteminin təşkili və fasiləsiz fəaliyyətinin təmin olunması;
  • Server avadanlıqlarının quraşdırılmasını, diaqnostikanı həyata keçirmək, baş verən nasazlıqları aradan qaldıraraq server və server proqram təminatının fəaliyyətinin bərpa edilməsi;
  • Server avadanlıqlarının aktual yenilənmə məsələlərini həyata keçirilməsi;
  • İnfrasturkturda kənar şirkətlərin (ehtiyac olarsa) avadanlıq və proqram təminatnın quraşdırılmasında iştirak edilməsi və prosesə nəzarət edilməsi;
  • Nasaz server avadanlıqlarının təmiri və yenisinin bərpası üçün aktların hazırlanması;
  • Daimi şəkildə server və server avadanlıqlarının monitorinqini aparilması ,loqlama aparılması;
  • Məlumatların saxlanmasını və konfidensiallığının təmin edilməsi;
  • İnfrasturktur üçün texniki səndələşmənin təşkili və sistemdə edilən dəyişikliklərin qeydiyatının aparılması;
  • Dev / test / prod mühitləri üçün infrastrukturun yaradılması və dəstəklənməsi;
  • Server proqramının işləməsi zamanı baş verən hadisələrin kritikliyini qiymətləndirməsi;
  • Konteynerizasiya texnalogiyaları ilə başlanğıc səviyyədə işləmək bacarığının olması;
  • Gitlab platformasında başlanğıc səviyyədə bacarığının olması;
  • Mikroservis infrastrukturu haqqında məlumat və başlanğıc səviyyədə bacarığının olması.

Tələblər:

  • Ali təhsil mütləqdir (Texniki sahə üzrə arzuolunandır);
  • İngilis və Rus dili biliyi orta səviyyədə;
  • Sistem inzibatçılığı üzrə sertifikat(lar)ı olanlara üstünlük verilir;
  • Şəbəkə protokolları (TCP/IP, UDP, İCMP və s.);
  • Windows Server (2012/2016/2019) əməliyyat sistemlərinin inzibatçılığı;
  • Linux (RedHat, Rocky Linux, Ubuntu) əməliyyat sistemlərinin inzibatçılığı;
  • Mərkəzi avtorizasiya və idarəetmə sistemləri ilə iş təcrübəsi - Active Directory, Group policy;
  • Virtualizasiya texnologiyaları ilə təcrübə – VMware vSphere;
  • Proxy və web server-lərlə bağlı iş təcrübəsi – Haproxy, Nginx, Apache, Tomcat, IIS;
  • Sistem firewall ilə işləmək bacarığı - Iptables, Firewalld, Windows firewall;
  • Backup sistemləri ilə iş təcrübəsi;
  • DNS servisləri ilə iş təcrübəsi - Windows DNS, PowerDNS;
  • Server update repository-lər ilə iş təcrübəsi - WSUS;
  • Windows Server role-service və tool-ları ilə işləmək bacarığı - Chat sistemlərindən umumi anlayış, DHCP, Print server, RDS, Certificate services, Volume Activation, Windows Admin Center, Data Deduplication;
  • Skript dillərindən birini bilmək - powershell, bash, python ;
  • Non-relational bazaların qurulması və konfiqurasiyası üzrə bilik və iş təcrübəsi;
  • Logging texnologiyaları ilə bağlı biliklər -   ELK, syslog;
  • File transfer servisləri ilə işləmək bacarığı - SFTP, FTP;
  • File share texnologiyaları ilə iş bacarığı - DFS, NFS, SMB sharing;
  • High availability sistemləri ilə iş təcrübəsi - keepalived, pacemaker, windows failover cluster;
  • Time servisləri ilə iş təcrübəsi - NTPd, Chronyd;
  • SAN Storage sistemləri ilə iş təcrübəsi - HPE MSA, HPE 3PAR, Lenovo Storwise, Brocade SAN switch;
  • Avtomatlaşdırma tool-ları ilə minimal iş bacarığı - Ansible və s.;
  • Konteyner texnologiyaları ilə minimal iş bacarığı – Docker,containerd;
  • Versiya nəzarət sistemləri ilə minimal iş bacarığı – Git, Gitlab;
  • Konteynerlərin orkestrasiya sistemləri ilə minimal iş bacarığı – Kubernetes və s.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən digər vakansiyalar