Rekrutyor

  • Ateshgah Sigorta
  • Elanın qoyulma tarixi: 09.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri

 

«Atəşgah» Sığorta Şirkəti 1996-cı ildə təsis olunmuşdur. Şirkət müxtəlif sığorta məhsulları, o cümlədən, icbari, əmlak və qeyri-əmlak sığorta məhsullarının satışı ilə məşğuldur. Keyfiyyət və müştəri məmnuniyyətini əsas tutmaqla, “Atəşgah”  Azərbaycanda sığorta şirkətləri arasında ilk olaraq İSO9001:2000 keyfiyyət standartı sertifikatına layiq görülmüşdür. 2011-ci ildən etibarən “Atəşgah” və “Atəşgah Həyat” SŞ  birləşərək “Atəşgah” Sığora Qrupunu  yaratmışlar. Hazırda şirkətdə 400-ə yaxın əməkdaş çalışmaqdadır. “Atəşgah” daima öz işçilərinin inkişafını düşünərək, onlara geniş inkişaf imkanları yaradır. Daha ətraflı məlumat almaq üçün www.ateshgah.com saytına müraciət edə bilərsiniz.

Rekrutyor

Əsas vəzifə öhdəlikləri

1. İşçi seçimini təşkil etmək, o cümlədən, elan yerləşdirilməsi, müsahibə keçirilməsi və s.
2. Müxtəlif namizəd qiymətləndimə alətlərindən istifadə etmək
3. Namizədlərin ilkin qiymətləndirilməsi üçün testlər hazırlamaq
4. Yeni işçilərin adaptasiyasını təşkil etmək
5. Işdən çıxan işçilərlə çıxış müsahibələri keçirmək
6. Maraqlı tərəflərlə, o cümlədən, universitet, işədüzlətmə agentlikləri və digər tərəfdaşlarla strateji əməkdaşlıq qurmaq
7. Rekrutinq fəaliyyətləri vasitəsilə Işəgötürən brendini dəstəkləmək

Şəxsi keyfiyyətlər

• Yüksək ünsiyyət qabiliyyəti
• Yüksək emosional intellekt
• Analitik qabiliyyət
• Stressə davamlılıq

Seçim meyarları

• Yaş: 25+
• Ali təhsil
• Işçi seçimi sahəsində iş təcrübəsi – min 2 il
• Sərbəst Azərbaycan və Rus dilləri biliyi, İngilis dilini bilənlərə üstünlük verilir
• Kompüter biliyi (MS Office)

Xahiş olunur, CV-ləri subject qrafasında vəzifənin adını göstərməklə [email protected] e-mailinə göndərəsiniz.