“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.
Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.
Biz kimləri axtarırıq?
Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq, sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır. Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.
Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.
Pərakəndə Satış Kanalları Departamenti– Partnyor şəbəkəsi üzrə baş Mütəxəssis
Əsas Tələblər:
İqtisadi təhsil
Satış sahəsində azı 3 il iş təcrübəsi. Bank və Sığorta sahəsində iş təcrübəsi arzu olunandır
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili yaxşı səviyyədə olmalıdır
MS Office proqramlarını bilməli
İnandırma qabiliyyəti, ünsiyyətli, cəlb etmə bacarığı, pozitiv və aktiv, təşəbbüskar və idarəetmə keyfiyyətləri olmalı. Yüksək təqdimat bacarığı və xoş xarici görünüş
Sürücülük vəsiqəsi olmalı
Yaş həddi 24-40arası
Vəzifə öhdəlikləri:
Tərəfdaş şəbəkəsinin idarəedilməsi şöbəsinin strateji inkişafının planlaşdırılması
Satış statistikasının təhlili
Pərakəndə bank məhsul və xidmətlərinin satışı, yeni tərəfdaşların cəlb edilməsi
Satış proseslərinreallaşdırılması vətərəfdaş şəbəkəsinin genişlənməsi
Rəqiblərin durumunu və bazar dəyişikliklərin təhlili
Şöbənin iş metodlarının inkişafı və həyata keçirilməsi
Riskli portfellər haqqında planlaşdırma vəproqnozlaşdırma aparmaq
Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların hazırlanması
İş şəraiti:
İş yeri - AGBank-ın mərkəzi ofisi(Bakı Landau 16)
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları
Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına
(Zaur İzmaylov) göndərin.
Mövzuda – Partnyor şəbəkəsi üzrə baş Mütəxəssis qeyd etməyiniz xahış olunur