Pərakəndə məhsulların yaradılması Şöbəsinin müdiri

  • AG Bank
  • Elanın qoyulma tarixi: 07.12.2013
    Vakansiyaya müraciət tarixi bitmişdir.

İşin təsviri


“AGBank” ASC 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biridir.
Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və “Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC “ AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir.
“Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC “AGBank”-ın 10% səhmlər paketinə malikdir.
Hazırda, AGBank çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.
AGBank həm özünün “Zəngin olmaq haqqınızdır” şüarında, həm konkret fəaliyyət və xidmətlərin əks olunan müştəriyə maksimal fayda prinsipi əsasında onlarla öz münasibətlərini qurur. Ən mühüm məsələlərdən biri müştəri xidmətinin keyfiyyətinin daima yaxşılaşdırılması, göstərilən xidmətlərin çeşidinin genişləndirilməsi və onlara tətbiq olunan şərtlərin optimallaşdırılmasından ibarətdir.
Sənaye, turizm, telekommunikasiya, nəqliyyat, inşaat, kənd təsərrüfatı, ticarət və xidmət sferasi kimi iqtisadiyyatın müxtəlif sektorlarındakı şirkət və təşkilatlar bankın müştəriləri sırasındadır. Bankın apardığı fəaliyyətin əsas istiqaməti Azərbaycan Respublikasında istehsalat və ticarət sektorların maliyyələşdirilməsidir. Bankın xidmətlərindən minlərlə fərdi müştəri də yararlanır.
Beləliklə, Azərbaycanın aparıcı banklarından biri olaraq, AGBank ölkənin bank sektorunda öz mövqelərini möhkəmləndirir.
 
Biz kimləri axtarırıq?

Davamlı inkişaf bankımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaqdır.  Bu, AGBank üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Bundan başqa, biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz, öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən bank xidmətlərini göstərməkdə yardımçı olacaqlar.  

Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Bankımızın hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.

Pərakəndə məhsulların yaradılması Şöbəsinin müdiri

Əsas Tələblər:

İqtisadi təhsil
Bank və Siğorta sahəsində azı 3 il iş təcrübəsi
MS Office proqramlarını bilməli (Excel yüksək səviyyədə)
Azərbaycan, Rus dillərini sərbəst bilməli, İngilis dili yaxşı səviyyədə olmalıdır
Analitik vəriyazi düşüncə tərzi. İdarəetmə bacarığı və proses yönümlü olmalı
Yaş həddi 25-45arası

Vəzifə öhdəlikləri:

Bankın pərakəndə biznes üzrə strategiyasını, siyasət və qaydalarının, onlara əlavə və dəyişikliklərini hazırlayır
Bankın mövcud məhsul və xidmətlərinin inkişaf etdirilməsi üçün məlumat bazalarından məqsədyönlü istifadə edir və təkliflər hazırlayır
Məhsullarının satışının artırılması istiqamətində, o cümlədən mövcud satış kanallarının inkişafı və yeni satış kanallarının yaradılması ilə bağlı təkliflər hazırlayır
Bankın məhsul və xidmətlərinin satışının hazırki səviyyəsi və dinamikasını mütəmadi tədqiq edir, buna təsir edən amilləri, mövcud problemlərin təhlili və tendensiyalarını üzə çıxarır
Tabeçilikdə olan əməkdaşlar tərəfindən yerinə yetirilən funksional öhdəliklərə nəzarət və idarə olunması

İş şəraiti:

İş yeri  - AGBank-ın mərkəzin ofisi(Landau 16)
Həftədə 5 iş günü (09:00 – 18:00) fasilə (13:00-14:00)
AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
Mehriban kollektiv və karyera inkişafı imkanları

Qeyd olunmuş tələblərə cavab verdiyiniz halda CV- nizi (anketlərinizi) qeyd olunmuş mail ünvanına

[email protected]

(Zaur İzmaylov) göndərin.

Mövzuda – Pərakəndə məhsulların yaradılması şöbəsinin müdiri qeyd etməyiniz xahış olunur.